“E­lə əsər­lər ya­rat­ma­lı­san ki, se­vil­sin, diq­qət çək­sin və yad­daş­lar­da qal­sın”
   

   Ta­nın­mış fır­ça us­ta­sı, Azər­bay­ca­nın Əmək­dar rəs­sa­mı Sa­kit Məm­mə­dov av­qus­tun 5-də 55 ya­şı­nı qeyd et­di. İlk rəsm­lə­ri­ni 10 ya­şın­da çək­mə­yə baş­la­yan sə­nət­ka­rın əsər­lə­ri bu gün bir çox öl­kə­lər­də nü­fuz­lu kol­lek­si­ya­lar­da yer ala­raq müəl­li­fə şöh­rət qa­zan­dı­rıb. Sə­nət­ka­rın şan-şöh­rə­ti isə təm­sil et­di­yi öl­kə­nin, xal­qın, onun mə­də­niy­yə­ti­nin ta­nın­ma­sı, təb­liğ olun­ma­sı de­mək­dir.
   
   Sa­kit Məm­mə­dov 1958-ci il­də Neft­ça­la­da ana­dan olub. 1978-ci il­də Ə.Ə­zim­za­də adı­na Rəs­sa­mlıq Mək­tə­bi­ni, 1987-ci il­də İ.E.­Re­pin adı­na Le­ninq­rad (Sankt-Pe­ter­burq) Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın rəng­kar­lıq fa­kül­tə­si­ni fərq­lən­mə dip­lo­mu ilə bi­ti­rib. 1983-cü il­dən müx­tə­lif sər­gi­lər­də iş­ti­rak edir. Əsər­lə­ri İs­tan­bul, Kra­kov, Vya­na, Stok­holm, Mosk­va, Flo­ren­si­ya və s. şə­hər­lər­də, mö­tə­bər mü­sa­bi­qə­lər­də uğur­la nü­ma­yiş olu­nub.
   Ad gü­nü­nün sə­hə­ri rəs­sam­la şəx­si ev-mu­ze­yin­də gö­rüş­dük. 100-dən ar­tıq əsə­ri­nin yer al­dı­ğı mə­kan na­ğıl­lar alə­mi­ni xa­tır­la­dır. Fır­ça­nın sehr­li rəng­lər dün­ya­sı və rəs­sa­mın müxtəlif möv­zu­lar­da ya­rat­dı­ğı bən­zər­siz, bir-bi­rin­dən fərq­li əsər­lər in­sa­nı fəl­sə­fi dü­şün­cə­lə­rə qərq edir. Mu­ze­yin bi­rin­ci mər­tə­bə­sin­də ya­ra­dı­lan fo­toar­xiv də ta­ri­xə sə­ya­hət­dir. Bu­ra­da dün­ya­nın ta­nın­mış ic­ti­mai-si­ya­si xa­dim­lə­rin­dən mə­də­niy­yə­ti­mi­zin gör­kəm­li si­ma­la­rı­na­dək bir çox şəxs­lə­rin fo­to­la­rı­na rast gəl­mək olar.
   - Si­zin­lə mü­sa­hi­bə üçün zəng­ edən­də ad gü­nü­nü­zü dost­la­rı­nız­la qeyd edə­cə­yi­ni­zi vur­ğu­la­dı­nız. Bu gü­nü kim­lər­lə qeyd et­di­niz?
   - Ad gü­nüm çox ma­raq­lı keç­di. Əs­lin­də elə bu­ra­da, ev-mu­ze­yim­də bir sər­gi ke­çir­mə­yi dü­şü­nür­düm. Am­ma son­ra­dan plan­la­rım də­yiş­di. Çün­ki yay möv­sü­mü­dür, dost­la­rı­mın ək­sə­riy­yə­ti Ba­kı­da de­yil. Elə bu sə­bəb­dən də sər­gi­ni pa­yı­za sax­la­ma­lı ol­dum. Ad gü­nüm­də mə­nə ən ya­xın in­san­lar bir ara­ya gəl­di. On­la­rın sı­ra­sın­da Xalq rəs­sa­mı Ta­hir Sa­la­hov, “Də­də Qor­qud” Fon­du­nun pre­zi­den­ti El­dar İs­ma­yı­lov, “1969” rəsm qa­le­re­ya­sı­nın rəh­bə­ri El­çin Oru­cov və di­gər dost-ta­nış­lar var idi.
   - Bəl­kə plan­laş­dır­dı­ğı­nız sər­gi ilə bağ­lı bir az ət­raf­lı mə­lu­mat ve­rə­si­niz?
   - Sər­gi həm Ba­kı­da, həm də Mosk­va­da təş­kil olunacaq. Tə­lə­bə­lə­rim də sər­gi­də iş­ti­rak edə­cək. Bu bö­yük bir la­yi­hə­dir. Bir müd­dət əv­vəl pay­tax­tı­mız­da be­lə bir sər­gi ke­çi­ril­di - “Ba­kı gənc rus rəs­sam­la­rı­nın gö­zü ilə”. O za­man mən Ru­si­ya­dan gə­lən tə­lə­bə­lə­rə us­tad dərs­lə­ri keç­dim. İn­di də bi­zim gənc rəs­sam­lar Mosk­va­ya də­vət olu­nub­lar və on­la­rın sı­ra­sın­da mə­nim də tə­lə­bə­lə­rim var. Gənc­lər Mosk­va­nın ən gör­kəm­li mə­kan­la­rı­nı rəsm­lə­rə kö­çü­rə­cək­lər. Mə­də­ni əla­qə­lə­rin in­ki­şa­fı­na xid­mət edən bu la­yi­hə “Səy­yar Aka­de­mi­ya” ad­la­nır və Hey­dər Əli­yev Fon­du­nun Ru­si­ya nü­ma­yən­də­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lir. La­yi­hə­də iş­ti­rak edə­cək tə­lə­bə­lə­ri­mə çox ina­nı­ram. Bu ya­xın­lar­da on­lar­dan bir ne­çə­si Tür­ki­yə­dən mü­ka­fat­la qa­yı­dıb. Beş tə­lə­bəm bi­rin­ci ye­ri qa­za­na­raq “Dol­ma­bah­çe” sa­ra­yı­nın mü­ka­fat­la­rı­na la­yiq gö­rü­lüb­lər. Hə­min təd­bir ümum­mil­li li­der Hey­dər Əli­ye­vin 90 il­lik yu­bi­le­yi­nə həsr edil­miş­di.
   - Siz­dən dərs al­maq is­tə­yən tə­lə­bə­lə­ri ne­cə se­çir­si­niz?
   - Əv­vəl­lər gənc rəs­sam­la­rı ya­nı­ma gə­ti­rən­də ba­xır­dım, əgər hə­vəs və ba­ca­rıq­la­rı var­sa, on­la­rı qə­bul edir­dim. İn­di isə bu işi tə­lə­bə­lə­ri­mə hə­va­lə et­mi­şəm. Çün­ki bi­li­rəm, mən bu işi on­la­ra elə öy­rət­mi­şəm ki, is­tə­ni­lən şa­gir­də mə­nim öy­rə­də bi­lə­cə­yim qə­dər rəs­sam­lı­ğın sir­lə­ri­ni, bi­lik­lə­ri­ni aşı­la­ya bi­lər­lər. Ya­nı­ma əsa­sən 17 yaş­dan yu­xa­rı gənc­lər gə­lir. On­la­ra kom­po­zi­si­ya qur­maq ba­rə­də, həm­çi­nin port­ret çə­tin janr ol­du­ğu üçün bu yön­də is­ti­qa­mət ve­ri­rəm. Ümu­mi­lik­də isə rəs­sam­lıq elə bir sə­nət nö­vü­dür ki, bu­ra­da nə isə öy­rə­dil­mir, öy­rə­ni­lir. Vax­tilə mən özüm də çox rəs­sam­lar­dan öy­rən­mi­şəm. Bir rəs­sam­la ki­fa­yət­lən­mək müm­kün de­yil. Ümu­mi­ləş­di­ril­miş for­ma­da ha­mı­sı­na ba­xıb özü­nü tap­ma­lı­san. Adi uşaq da ai­lə­də həm ata­sı­na, həm ana­sı­na ox­şa­yır, sə­nət də be­lə­dir.
   - Rəs­sam­lı­ğın bil­mə­di­yi­niz sir­ri qa­lıb­mı?
   - Bu sə­nət elə bir dər­ya­dır ki, hər gün ye­ni nə­lər­sə kəşf edir­sən. Kim de­sə ki, sə­nə­tin bü­tün sir­lə­ri­ni tap­mı­şam, de­mək hə­min in­san üçün sə­nət ölüb. İs­tər 35 ya­şın­da ol­sun, is­tər­sə də 50-60 ya­şın­da, in­san hər za­man ax­ta­rış­da ol­ma­lı­dır. Bi­zim ema­lat­xa­na­nın özü bir la­bo­ra­to­ri­ya­dır. Biz rəs­sam­lar bu la­bo­ra­to­ri­ya­lar­da öz kəşf­lə­ri­mizi edi­rik. Bir cür qaş, bir cür göz ta­pa­raq da­im bu­nun­la iş­lə­mək düz­gün de­yil. Tan­rı da in­san­la­rı müx­tə­lif cür ya­ra­dıb. Göz gör­mək üçün funk­si­ya­dır, əgər Tan­rı məs­lə­hət bil­səy­di, bü­tün in­san­la­rın göz­lə­ri­ni ey­ni cür ya­ra­dar­dı. Fərq­li ya­rat­dı ki, dün­ya gö­zəl ol­sun, ma­raq­lı ol­sun, sev­gi ol­sun. Əgər bü­tün in­san­lar bir-bi­ri­nə ox­şa­say­dı­lar, on­da hə­yat ma­raq­sız olar­dı. Sev­gi ol­ma­sı üçün Al­lah in­san­la­rı müx­tə­lif gör­kəm­də ya­rat­dı. Rəs­sam­lıq­da da be­lə­dir. Əgər bir rəs­sa­mın sər­gi­sin­də 60-70 əsə­rin ha­mı­sı bir-bi­ri­nə ox­şa­yır­sa, ora­dan uzaq­la­şan­dan son­ra in­sa­nın yad­da­şın­da heç nə qal­maz. Elə əsər­lər ya­rat­ma­lı­san ki, se­vil­sin, diq­qət çək­sin və yad­daş­lar­da qal­sın. İn­san­la­rın zöv­qü­nü kor­la­ma­ma­lı­san. Gö­zəl port­ret xət­ri­nə rəsm çək­mə­mə­li­sən. Port­ret jan­rın­da əsər ya­ra­dar­kən ça­lış­ma­lı­san ki, hə­min in­sa­nın psi­xo­lo­ji dün­ya­sı­nı çat­dı­ra bi­lə­sən. Hər in­san bir dün­ya­dır və ona gö­rə də mən bü­tün in­san­la­rı çox se­vi­rəm. Mə­nim üçün fər­qi yox­dur ki, o in­san han­sı ka­te­qo­ri­ya­ya aid­dir. Al­lah onu ya­ra­dan­da şah, ya­xud nö­kər ola­raq ya­rat­ma­dı. İn­san­la­rı biz ka­te­qo­ri­ya­la­ra böl­dük. Ona gö­rə də mən in­san­la­rı Tan­rı­nın ya­rat­dı­ğı var­lıq ki­mi se­vi­rəm. Bir an­lı­ğa tə­səv­vür edin, bə­zən in­san özü-özü­nü be­lə ba­şa düş­mür, be­lə olan hal­da biz ne­cə qar­şı­mız­da­kı­na qiy­mət ve­rə bi­lə­rik. Rəs­sam in­sa­nı kəşf et­mə­yi ba­car­ma­lı­dır, onun dün­ya­sı­nı aça bil­mə­li­dir.
   - Say­sız-he­sab­sız mü­ka­fat­la­ra sa­hib­si­niz. Bun­la­rın içə­ri­sin­də si­zə ən əzi­zi han­sı­dır?
   - Ya­rat­dı­ğım Də­də Qor­qud ob­ra­zı­na gö­rə “Də­də Qor­qud” Fon­du tə­rə­fin­dən la­yiq gö­rül­dü­yüm mü­ka­fat mə­nim üçün çox əziz­dir. Fond mə­ni “Də­də Qor­qud” mü­ka­fa­tı və “Və­tən öv­la­dı” or­de­ni ilə təl­tif et­di. “Və­tən öv­la­dı” or­de­ni­ni al­maq çox mə­su­liy­yət­li­dir. Mil­li Qəh­rə­man Mü­ba­riz İb­ra­hi­mo­vun la­yiq gö­rül­dü­yü bir or­de­nin mə­nə təq­dim edil­mə­si, söz­süz ki, qar­şım­da bö­yük mə­su­liy­yət­lər qo­yur. Bu or­de­nə Ta­hir Sa­la­hov, Zi­ya Bün­ya­dov ki­mi şəx­siy­yət­lə­ri­miz la­yiq gö­rü­lüb­lər. Di­gər se­vim­li bir mü­ka­fa­tım Ru­si­ya İm­pe­ra­tor Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki se­çil­mə­yim ol­du. Mən Ru­si­ya­da təh­sil al­mı­şam və bu ha­di­sə hə­min öl­kə­yə bir növ he­sa­ba­tım idi. 2011-ci il­də Mosk­va şə­hə­rin­də ke­çi­ri­lən 5-ci "Ənə­nə­lər və müa­sir­lik" bey­nəl­xalq in­cə­sə­nət fes­ti­va­lın­da rəs­sam­lıq­da ənə­nə­ni qo­ru­du­ğu­ma və öz dəs­t-xət­ti­min ori­ji­nal­lı­ğı­na gö­rə bey­nəl­xalq “Ve­ra” mü­ka­fa­tı­na la­yiq gö­rül­düm və Ru­si­ya Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın fəx­ri üz­vü se­çil­dim. Aka­de­mi­ya 1757-ci il­də ya­ra­nıb, in­di­yə qə­dər 112 nə­fər üz­vü olub. Mü­ka­fat­la­rım çox­dur və hər bi­ri­nin öz ye­ri var. Mən qa­zan­dı­ğım mü­ka­fat­la­ra bir ta­ma­şa­çı ki­mi ba­xı­ram. Mə­nə be­lə gə­lir ki, bu mü­ka­fat­la­rı mən yox, Nə­si­mi de­miş­kən, içim­də­ki “mən” qa­za­nıb.
   - Sa­kit müəl­lim sa­ba­hı ne­cə dü­şü­nür?
   - Sa­bah mə­nim dü­şün­dü­yüm ki­mi ol­say­dı, hər şey gö­zəl olar­dı. Bəl­kə də heç gö­zəl də ol­maz­dı. Çün­ki hər şe­yin doğ­ru­su­nu Al­lah bi­lir. Tə­bii ki, biz in­san­lar hə­mi­şə sa­ba­ha plan­la­rı­mız­la gedirik. Am­ma Tan­rı ki­mə nə qə­dər ömür və han­sı ta­le yo­lu­nu ya­zıb, bil­mək ol­maz. Əl­bət­tə, gə­lə­cə­yə ça­lı­şa­raq, zəh­mət­lə və ye­ni uğur­lar­la get­mək is­tə­yi­rəm. Müəy­yən la­yi­hə­lər var ki, on­la­rı real­laş­dır­maq ar­zu­sun­da­yam. Ta­hir Sa­la­ho­v hə­mi­şə de­yir ki, heç vaxt heç bir şe­yi ar­zu­la­ma, ba­şı­nı sal aşa­ğı işi­ni gör. Əgər ar­zun hə­ya­ta keç­məz­sə, o ar­zu bir var­lıq ki­mi itə­cək, sə­nə bö­yük mə­nə­vi zər­bə vu­ra­caq. Elə et ki, sa­bah ar­zu­nu iti­rən­də, o sə­nə kə­dər gə­tir­mə­sin. Elə bu­na gö­rə də məq­sə­dim bu­dur ki, hə­min fik­ri rəh­bər tu­ta­raq ye­ni əsər­lər ya­ra­dım. Gənc tə­lə­bə­lə­rim var ki, gə­lə­cə­yin par­laq rəs­sam­la­rı ola bi­lər­lər, is­tə­yi­rəm on­la­ra vaxt ayı­rım, on­la­rın zəh­mə­ti­ni çə­kim. Di­gər tə­rəf­dən, gö­zəl plan­lar var, on­la­ra ha­zır­laş­ma­lı­yam. Av­qustun 22-də bir çox rəs­sam­la­rı­mı­zın iş­ti­ra­kı ilə “Ba­kı­nın işıq­la­rı” ad­lı sər­gi ke­çi­ri­lə­cək. Bu sər­gi Ba­kı­dan son­ra Al­ma­ni­ya­da nü­ma­yiş olu­na­caq. 2014-cü il­də əl­çat­maz bir sər­gim nü­ma­yiş olu­na­caq. Sa­ban­çı Mu­ze­yi mə­nim əsər­lə­ri­mi qə­bul edib və in­di­yə qə­dər hə­min zal­da Pab­lo Pi­kas­so­nun, Rem­b­rand­tın, Re­nua­rın və di­gər dün­ya şöh­rət­li rəs­sam­la­rın əsər­lə­ri nü­ma­yiş olu­nub. Ya­xın gə­lə­cək­də Lon­don­da və Luvr mu­ze­yin­də sər­gi­lə­ri­min ke­çi­ril­mə­si plan­laş­dı­rı­lır. Əl­bət­tə, bü­tün bu iş­lər­də mə­nə ya­xın­dan dəs­tək olan in­san­lar var. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə, Azər­bay­ca­nın Ru­si­ya­da­kı sə­fi­ri Po­lad Bül­bü­loğ­lu­na sə­nə­tim­də mə­­nə dəs­tək ol­duq­la­rı üçün min­nət­dar­lı­ğı­mı bil­di­rərək qeyd et­mək is­tər­dim ki, şü­kür­lər ol­sun, bu gün Azər­bay­can öz mə­də­niy­yə­ti ilə bü­tün dün­ya­nı hey­ran edə bi­lir. Öz mu­si­qi­miz, rəs­sam­lı­ğı­mız, mil­li də­yər­lə­ri­miz­lə dün­ya­da la­yiq­li yer tu­ta bi­li­rik. Söz­süz ki, keç­mi­şə sa­diq qa­la­raq gə­lə­cə­yə doğ­ru get­mə­li­yik.
   
   La­lə Azə­ri