Azər­bay­can əcnəbi tu­rist­lə­rin gö­zü ilə
   
     
   Mark Dup­riest: “Sə­fə­rim 11 həf­tə­lik nə­zər­də tu­tul­muş­du. An­caq mən bu­ra­da da­ha üç həf­tə qal­maq, Ba­kı­nı da­ha yax­şı gəz­mək, im­kan ol­sa, böl­gə­lə­rə də baş çək­mək is­tə­yi­rəm”
   
   Tu­rizm möv­sü­mü ilə əla­qə­dar da­ha bir la­yi­hə­yə start ver­mək qə­ra­rı­na gəl­dik. Öl­kə­miz­də fəa­liy­yət gös­tə­rən brend ho­tel­lə­rin baş me­ne­cer­lə­ri ilə mü­sa­hi­bə­lər sil­si­lə­sin­dən fərq­li ola­raq, “A­zər­bay­can əcnəbi tu­rist­lə­rin gö­zü ilə” rub­ri­ka­sı­nın qo­naq­la­rı məm­lə­kə­ti­mi­zi zi­ya­rət edən sa­də tu­rist­lər ola­caq. On­lar­la öl­kə­mizin bu gü­nü, mə­də­niy­yə­ti, ta­ri­xi, bir söz­lə, sə­fər təəs­sü­rat­la­rı ba­rə­də söh­bət edə­cə­yik. İlk qo­na­ğı­mı­zı - Mark Dup­ries­ti təq­dim edi­rik. Onun öl­kə­mi­zə sə­fə­ri həm iş­gü­zar, həm də is­ti­ra­hət xa­rak­te­ri da­şı­yır. Neft-qaz sek­to­run­da ça­lı­şan mü­sa­hi­bi­min öl­kə­miz­lə bağ­lı çox ma­raq­lı mü­la­hi­zə­lə­ri var.
   
   Həm­söh­bə­ti­miz­dən ön­cə özü haq­qın­da mə­lu­mat ver­mə­si­ni xa­hiş et­dik.
   
   - Əs­lən Bir­ləş­miş Ştat­lar­da­nam. Ey­ni za­man­da Bra­zi­li­ya və­tən­da­şı­yam və da­ha çox bu öl­kə­də ya­şa­yıb iş­lə­yi­rəm. 56 ya­şım var, iki uşaq ata­sı­yam. Hə­yat yol­da­şım­la ay­rıl­mı­şıq. İşim neft-qaz sek­to­ru ilə əla­qə­li­dir. Bir çox bey­nəl­xalq şir­kət­lər­də ça­lış­mı­şam.
   - Öl­kə­miz­də, Ba­kı­da ol­maq­dan məm­nun­su­nuz­mu?
   - Bə­li, məm­nun ol­du­ğu­mu əmin­lik­lə söy­lə­yə bi­lə­rəm. Bu mə­nim Azər­bay­ca­na ilk sə­fə­rim­dir. Təəs­sü­rat­la­rım da ol­duq­ca müs­bət­dir. Hər­dən Azər­bay­ca­nı Bra­zi­li­ya ilə mü­qa­yi­sə edi­rəm. Bu­ra­da da in­san­lar is­ti­qan­lı­dır­lar.
   - Nə vaxt­dan şə­hə­ri­mi­zin qo­na­ğı­sı­nız və qə­dər qal­ma­ğı plan­laş­dı­rır­sı­nız?
   - İlk ön­cə onu de­yim ki, öl­kə­ni­zə sə­fə­rim ça­lış­dı­ğım şir­kət va­si­tə­si­lə real­la­şıb. Sə­fə­rim 11 həf­tə­lik nə­zər­də tu­tul­muş­du. An­caq mən bu­ra­da da­ha üç həf­tə qal­maq, Ba­kı­nı da­ha yax­şı gəz­mək, im­kan ol­sa, böl­gə­lə­rə də baş çək­mək is­tə­yi­rəm. Mən­cə, böl­gə­lər də Ba­kı qə­dər ma­raq­lı­dır.
   - Ba­kı ne­cə, xo­şu­nu­za gəl­di­mi? Şə­hə­rin ta­ri­xi yer­lə­rin­də, gör­mə­li mə­kan­la­rın­da ola bil­mi­si­niz­mi?
   - Ba­kı­nın müa­sir­li­yi mə­ni hey­ran et­di. Ümu­miy­yət­lə, şə­hə­ri­niz çox cəl­be­di­ci­dir, ma­raq­lı ar­xi­tek­tu­ra­sı var. Ta­ri­xi bi­na­lar, İçə­ri­şə­hər, Qız qa­la­sı va­le­he­di­ci­dir. Bu şə­hər­də san­ki qə­dim­lik­lə müa­sir­lik qo­vu­şur. Də­niz kə­na­rın­da yer­ləş­mə­si, gö­zəl bul­var şə­hə­rə əla­və ya­ra­şıq ve­rir. Şə­hə­ri­ni­zin ge­cə­lə­ri də ey­ni də­rə­cə­də əs­ra­rən­giz və ma­raq­lı­dır. Ta­ri­xi yer­lər­lə bağ­lı isə onu de­yə bi­lə­rəm ki, İçə­ri­şə­hə­ri bü­tün­lük­lə gəz­dim, mu­zey­lə­rə baş çək­dim, su­ve­nir ma­ğa­za­la­rın­dan alış-ve­riş et­dim. İçə­ri­şə­hər­də­ki ən­tiq mal­lar dü­kan­la­rı, xal­ça­lar mə­nə çox ma­raq­lı gəl­di. Qız qa­la­sı­na isə qal­xa bil­mə­dim, am­ma çox is­tər­dim. Sə­bəb isə qa­la­nın bər­pa məq­sə­di­lə bağ­lan­ma­sı­dır. Qız qa­la­sı­nın ar­xi­tek­tu­ra­sı möh­tə­şəm­dir.
   - Paytaxtın ha­va­sı ne­cə, xo­şu­nu­za gəl­di­mi?
   - Bu­ra­nın ha­va­sı da özü­nə­məx­sus­dur. Ha­va is­ti ol­sa da, xə­fif kü­lək şə­hə­rə sə­rin­lik gə­ti­rir və in­san­da xoş əh­val ya­ra­dır. Mən­cə, Ba­kı­nın kü­lə­yi ol­ma­sa, bu­ra­da hə­ra­rət dö­zül­məz olar. Yə­qin ki, bu həm də şə­hə­rin də­niz kə­na­rın­da yer­ləş­mə­si ilə əla­qə­dar­dır.
   - Azər­bay­ca­nı sə­fər et­di­yi­niz di­gər öl­kə­lər­lə mü­qa­yi­sə et­dik­də han­sı mən­zə­rə ya­ra­nır?
   - Ba­kı haq­qın­da onu de­yə bi­lə­rəm ki, tə­miz­lik, xid­mət sə­viy­yə­si, ar­xi­tek­tu­ra ba­xı­mın­dan Av­ro­pa şə­hər­lə­rin­dən heç də fərq­lən­mir. Ba­kı­da mə­nə qə­ri­bə gə­lən su iç­mək üçün kran-bu­laq­la­rın ol­ma­ma­sı­dır. İn­di­yə qə­dər sə­fər et­di­yim bü­tün öl­kə­lə­rin pay­taxt­la­rın­da və bö­yük şə­hər­lə­rin­də su iç­mək üçün bu cür bu­laq­lar gör­mü­şəm. Di­gər bir mə­qam in­san­la­rın yay­da, is­ti ha­va­da qa­lın pal­tar, klas­sik şal­var və köy­nək ge­yin­mə­si­dir. Ame­ri­ka­da be­lə is­ti­lər­də şort ge­yi­nir, da­ha yün­gül və ra­hat pal­tar­lar­dan is­ti­fa­də edir­lər. Bu­nu sa­də­cə mü­qa­yi­sə üçün de­yi­rəm.
   İn­san­la­rı­nız meh­ri­ban­dır­lar, dün­ya gö­rüş­lə­ri ol­duq­ca müa­sir­dir. Azər­bay­can İs­lam öl­kə­si ol­sa da, bu­ra­da qa­tı din­dar­lıq yox­dur. İn­san­lar müa­sir hə­yat tər­zi sü­rür­lər, qa­dın­la­rın ge­yim­lə­ri sər­bəst­dir. Bü­tün bun­lar öl­kə­niz haq­qın­da müs­bət təəs­sü­rat ya­ra­dır.
   - Bir əc­nə­bi üçün şə­hə­ri­miz­də qiy­mət­lər ne­cə­dir?
   - Dü­zü, mə­nim üçün o qə­dər də fər­qi yox­dur, çün­ki bü­tün sə­fər xərc­lə­rim şir­kət tə­rə­fin­dən qar­şı­la­nır (gü­lür). An­caq be­lə xü­su­si ba­ha­lı­q hiss et­mi­rəm, nor­mal de­mək olar. Bəl­kə də bu mə­nim ya­şım­la əla­qə­dar­dır. Lüks mə­kan­la­ra o qə­dər də üz tut­mu­ram, iç­ki içən de­yi­ləm. Yə­qin ki, da­ha çox pul lüks mə­kan­lar­da xərc­lə­nir. Qiy­mət­lə­rin mə­nim üçün nor­mal ol­ma­sı­nın di­gər bir sə­bə­bi də bu­dur.
   - Mil­li mət­bə­xi­miz­dən yə­qin ki, dad­mı­sı­nız.
   - Əl­bət­tə, dad­mı­şam. Ye­mək­lə­ri­niz xo­şu­ma gəl­di. Lü­lə­ka­ba­bı çox bə­yən­dim. İş­lə­di­yim şir­kət­də də mil­li ye­mək­lə­ri­niz­dən ve­rir­lər. Ora­da da dad­maq im­ka­nım olur. Ümu­mi qə­naə­tim müs­bət­dir. Bə­zi dost­lar ye­mək­lə­ri­ni­zin yağ­lı ol­du­ğu­nu de­yir­lər, an­caq mən bu fik­ri bö­lüş­mü­rəm.
   - Qo­naq­pər­vər­li­yin sə­viy­yə­si, ev şə­rai­ti si­zi qa­ne edir­mi?
   - Bu ba­xım­dan heç bir şi­ka­yə­tim yox­dur. Gün­də­lik is­ti­fa­də məh­sul­la­rı, kom­mu­nal xid­mət­lər də öz qay­da­sın­da­dır. Dü­kan­lar­da is­tə­ni­lən məh­su­lu tap­maq olur. İn­san­lar da yar­dım­çı ol­ma­ğa ça­lı­şır­lar.
   - Siz­cə, öl­kə­mi­zə sə­fər edən tu­rist­lə­ri məm­nun et­mək üçün da­ha nə­lər edi­lə bi­lər?
   - İs­tə­yir­si­niz bir az­ da şi­ka­yət edim. Mən Ba­kı­da çi­mər­lik­lər­lə ma­raq­lan­dım, an­caq bir də­nə də pul­suz çi­mər­lik ta­pa bil­mə­dim. Bu cür pul­suz, ha­mı­ya açıq çi­mər­lik­lər ni­yə ya­rat­mır­sı­nız?! Be­lə çi­mər­lik­lər bü­tün də­niz­kə­na­rı öl­kə­lər­də var. On­suz­ da tu­rist­lər mad­di du­ru­mun­dan ası­lı ola­raq, is­tə­di­yi xid­mət sə­viy­yə­si­nə uy­ğun çi­mər­lik se­çə­cək. Bun­dan əla­və, də­niz­də bir-iki qa­yıq gö­zə də­yir. Hal­bu­ki su id­man növ­lə­ri­ni in­ki­şaf et­dir­mək üçün ge­niş im­kan­la­rı­nız var. Ba­kı­nın kü­lək­li ol­ma­sı da, su­rfing, yel­kən­li qa­yıq­larla id­man növ­lə­ri üçün ol­duq­ca mü­na­sib­dir. Bu həm də tu­rist­lə­rin sev­di­yi ma­raq­lı əy­lən­cə­lər­dir. Ey­ni za­man­da, bu sa­hə­dən yax­şı qa­zanc da gö­tü­rə bi­lər­si­niz.
   - Ha­va reys­lə­ri, vi­za­nın alın­ma­sı ne­cə, ra­hat­dır­mı?
   - Vi­za­nın alın­ma­sı ilə bağ­lı hər han­sı na­ra­hat­lıq ya­şa­ma­dıq. On­li­ne mü­ra­ciət et­dik və yu­ban­ma ol­ma­dan al­dıq. Ha­va reys­lə­ri­nə gəl­dik­də, yax­şı olar­dı ki, Ba­kı­ya bir­ba­şa uçuş­la­rın sa­yı ar­tı­rıl­sın. Bə­zi hal­lar­da bir ne­çə reys də­yiş­mək məc­bu­riy­yə­tin­də qa­lır­san.
   
   Sa­diq Mu­sa






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar