Çingiz Əlioğlu:
“Beynəlxalq sərgi-yarmarkalarda nəşrlərimizə həmişə böyük maraq olur”Ölkəmiz hər il müxtəlif beynəlxalq sərgi-yarmarkalarda u
ğurla təmsil olunur. Çap məhsullarımız həm mütəxəssislər, həm də sadə kitabsevərlər tərəfindən maraqla qarşılanır. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, MDB ölkələrinin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının həmsədri, tanınmış şair Çingiz Əlioğlu bir sıra belə beynəlxalq tədbirlərdə iştirak edib. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ərəfəsində onunla həmsöhbət olduq.- Çingiz müəllim, bu gün Azərbaycan kitab
ı beynəlxalq səviyyədə yetərincə təbliğ olunurmu?- H
ər birimiz mətbuatda Azərbaycan kitabının sorağının müxtəlif ölkələrdən, nüfuzlu sərgi-yarmarkalardan gəldiyi barədə informasiyalarla tez-tez rastlaşırıq. Bu, təsadüfi deyil. Mədəniyyət və Turizm Nazirliyi yaranan gündən beynəlxalq aləmdə Azərbaycan kitabının təbliğinə xüsusi önəm verib. Etiraf edək ki, ondan öncə Azərbaycan kitabı beynəlxalq miqyasda geniş şəkildə təbliğ olunmurdu.İndiy
ədək davamlı olaraq Paris, Frankfurt, London, Moskva, Əbu-Dabi, İstanbul, Pekin, Tehran, Varşava, Minsk və digər şəhərlərdə keçirilən sərgilərdə yüzlərlə kitab və müxtəlif çap məhsullarımız nümayiş olunub. Azərbaycanda dövlət səviyyəsində bu işə diqqət göstərilməsi, nəşriyyat sahəsində çalışanların fədakar əməyi, naşirlərin təşəbbüsü, əlaqələrin genişləndirilməsi maraqlı nəşr layihələrinin reallaşmasına imkan verib. Biz də beynəlxalq sərgilərə əliboş getmirik. Maraqlı nəşr layihələri təqdim edir, nəşriyyatların nümayəndələrinin bu sərgilərdə iştirakına şərait yaradırıq. Təkcə bu il qazanılan uğurlar ölkəmizdə bu sahəyə diqqətdən, kitab nəşri işinin səviyyəsindən xəbər verir.- Konkretlə
şdirsək, hansı nailiyyətləri qeyd etmək olar?- Bilirsiniz ki, hər il MDB ölkələrinin “Dövri mətbuat, kitab nə
şri, kitab yayımı və poliqrafiya məsələləri üzrə” Dövlətlərarası Şurasının təşəbbüsü ilə ənənəvi beynəlxalq “Kitab sənəti” müsabiqəsi keçirilir. Bu ilin mayında Minsk şəhərində keçirilən tədbirdə MDB ölkələrindən 7 nominasiya üzrə təxminən 150 adda kitab təqdim olundu. Yubiley müsabiqəsində Azərbaycan kitabları 3 nominasiyada birincilik qazandı. “Art kitab” nominasiyasında Nizami Gəncəvinin “Təhsil” nəşriyyatında çap olunan “Lirika” kitabı birinci oldu. “Mədəniyyət. Elm. Təhsil” nominasiyasında Ədalət Vəliyevin “Müasir teatrın strukturu” kitabı (“Əfəndi” nəşriyyatı, fotoların müəllifi - Fərid Xayrullin) birinci yerə layiq görüldü. “Mənim ölkəm” nominasiyasında isə şair Vaqif Bəhmənlinin “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Maqomayev planeti” kitabı birinci yeri qazandı. Sentyabrın 4-9-da Moskvada keçirilən 26-cı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Kitab sənəti” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.- 2010-cu ildə müəllifi oldu
ğunuz “Çərçivə” kitabı “Təhsil” nəşriyyatının nəfis tərtibatında ilk dəfə bu müsabiqənin Qran-pri mükafatını qazanmışdı...- B
əli, bütün bu uğurlar ölkəmizdə kitab nəşrinin yüksək səviyyəsinin göstəricisidir. Eyni zamanda, belə müsabiqələrdə əldə olunan nailiyyətlər kitablarımızın xaricdə müxtəlif dillərə tərcümə edilərək nəşr edilməsinə də şərait yaradır.- Beyn
əlxalq sərgilərdə nümayiş olunan kitablarımız arasında Qarabağ mövzulu nəşrlərə nə dərəcədə yer ayrılır?- S
ərgilərə ən müxtəlif mövzularda çap məhsulları aparırıq. Nəşrlərdə ölkəmizin keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər əksini tapır. Müxtəlif dillərə tərcümə olunan kitablarımız ölkəmizin zəngin tarix və mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır. Eyni zamanda, sərgilərdə ayrıca Qarabağ guşəsi yaradır, bu mövzuda nəşrləri xüsusi bölmədə sərgiləyirik. Onu da qeyd edim ki, Heydər Əliyev Fondu, həmçinin müxtəlif nazirlik və təşkilatlar tərəfindən xarici dillərdə bu mövzuda mütəmadi nəşrlərimiz işıq üzü görür. Bu isə bizə Azərbaycan həqiqətlərini dünya oxucusuna çatdırmağa imkan verir.- Yeri g
əlmişkən, xarici oxucular ölkəmizlə bağlı daha çox hansı mövzuda kitablara maraq göstərirlər?- Ölkəmizin beynəlxalq sərgilərdə i
ştirak təcrübəsi ildən-ilə artır, stendlərimizdə ilbəil daha zəngin çeşiddə nəşrlər nümayiş olunur. Azərbaycan kitabının inkişafını, əsrlərdən bəri formalaşmış kitab mədəniyyətimizi təqdim etməyə çalışırıq. Azərbaycan nəşrlərinə həmişə maraq böyük olur. Əcnəbilər ölkəmizin mədəniyyəti, tarixi, turizm imkanları ilə maraqlanırlar. Apardığımız kitablar Azərbaycan reallığının ən müasir sahələrinə güzgü tutur.- Nə
şriyyatlarımızın sərgilərdə iştirakını necə qiymətləndirirsiniz?- Nə
şriyyatların beynəlxalq sərgilərdə iştirakı ildən-ilə genişlənir. Onlar çalışırlar ki, maraqlı layihələr təqdim etsinlər. Bəzi nəşriyyatlar sərgilərdə müstəqil olaraq iştirak edirlər. Amma daha çox bizim dəstəyimizlə sərgilərə qatılırlar. Belə tədbirlər sayəsində onlar dünyada kitab nəşri işinin çağdaş mənzərəsi ilə tanış olmaq imkanı qazanır, həmkarları ilə əlaqələr yaradır, birgə nəşr layihələri barədə müzakirələr aparırlar. Bu əlaqələrin nəticəsində bəzi nəşriyyatlarımız Türkiyədə, İranda, Rusiyada kitab nəşr etdirirlər. Biz də nazirlik olaraq bu işə dəstək veririk.Nə
şriyyatlarımızın maraqlı layihələri var və inanıram ki, onlar gələcəkdə də öz sözlərini deyəcəklər. Azərbaycanda kitab işi yüksəliş dövrünü yaşayır. Bu, davamlı və sürətlə inkişaf edən mədəni prosesdir.Ceyhun Zərbəliyev