Maşallah, indi vətəndaşımızın səsi dünyanın hər yerindən gəlir. Parisdən, Romadan, Stokholmdan, Oslodon, canım desin Berlindən... Oralardan gələnlər də ilk növbədə qarşılaşdıqları təmizlikdən fantastik heyrətlə danışırlar. Dünya gör-götür dünyasıdır. Amma zibili daşıb-tökülən Bakı küçələrini görən bizim heç nə götürmədiyimizi fikirləşər. Bir istirahət günü, özü də guya ki, zibil qutularının boşaldığı səhər çağlarında şəhərimizin təkcə mərkəzi hissəsini fotoaparatın “süzgəcindən” keçirdim ki, görüm bizim küçə mədəniyyətimiz nə haldadır?!.
   
   
   1. “28 May” metrosunun düz qarşısı. Ağzından daşmış zibilqabı. Heyif ki, əlindəki kola rəngli su “qumbarası”nı etinasızcasına bura tolazlayan adamı yalnız hadisə yerindən uzaqlaşdığı anda hədəfə ala bildim. Könül istər metronun düz yuxarısından “bura kola atana içdiyi haram olsun” şüarını yaza.
   
   2. “28 May” metrosundan 70 metr kənar, iki “yevropeyski” marketin yanı. 4 ədəd su qabı, 1 ədəd yarı yeyilmiş bulka, cırılmış plakat...Təklif olunan menyüyə söz ola bilməz.
   
   3. “28 May” metrosundan yuxarı, Yaşıl bazara gedən yolun 80-100 metri bütünlüklə zibil qalaqlarından ibarətdir. Yaz da keçib, yay gəlib, zibillər çiçəkləyib. Cavabdehlər bu çiçəklərə yiyə durmursa nişanlılar bu çiçəklərdən dərə bilərlər.
      
   4. Fəvvarələr bağı, kitab mağazasının və türk restoranının qarşısı. Bu üç “bacı” kordon yeşiyə müşahidə etdiyim düz 3 saat ərzində kimsə “elçi” düşmədi.
   
   5. Bu da dəbdəbəli mağazaların sıralandığı yerdə dopdolu zibil qutuları. Malakan bağının, Rus Dram Teatrının qonşuluğu. Qutudakı isə insan formasında maket. Amma zənn edin ki, bu natəmizlik bizim sağlamlığımıza elə zərbə vuracaq ki, bu maketin gününə düşəcəyik.

 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar