Prezident İlham Əliyev fevralın 14-də Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, ictimai xadim, yazıçı, tənqidçi və tərcüməçi Firudin bəy Əhməd ağa oğlu Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir.
Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm və Təhsil nazirlikləri ilə birlikdə, Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.