Prezident İlham Əliyev aprelin 4-də Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd edilir ki, müasir qloballaşma dövründə Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Hökumət milli kino istehsalına, o cümlədən telefilmlərin çəkilişinə diqqəti artırır. 2011-ci ildə bu məqsədlə 5 milyon manat vəsait ayrılmışdı.
   Sərəncama əsasən, bu sahədə aparılan işlərin davam etdirilməsi məqsədilə Milli Televiziya və Radio Şurasına 6 milyon manat vəsait ayrılıb.