İ­yu­nun 29-da Rə­şid Beh­bu­dov adı­na Azər­bay­can Döv­lət Mah­nı Teat­rın­da Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və Azər­bay­can Aşıq­lar Bir­li­yi­nin bir­gə təş­ki­lat­çı­lı­ğı ilə aşıq Məm­mə­da­ğa Ba­ba­ye­vin 80 il­lik yu­bi­le­yi qeyd olun­du.

Təd­bi­ri Azər­bay­can Aşıq­lar Bir­li­yi­nin səd­ri, Xalq şai­ri Zə­lim­xan Ya­qub aça­raq Şir­van aşıq mək­tə­bi­nin sə­nət alə­mi­nə bir çox gör­kəm­li nü­ma­yən­də­lər ver­di­yi­ni de­di. On­lar­dan bi­ri də is­te­dad­lı aşıq Məm­mə­da­ğa Ba­ba­yev­dir. Bil­di­ril­di ki, 1933-cü il­də ana­dan olan Məm­mə­da­ğa Ba­ba­yev 1953-cü il­dən aşıq­lıq sə­nə­ti­nə baş­la­yıb, I Res­pub­li­ka Aşıq­lar Qu­rul­ta­yı­nın nü­ma­yən­də­si bir çox fes­ti­val­la­rın iş­ti­rak­çı­sı və lau­rea­tı olub. 60-70-ci il­lər­də res­pub­li­ka­da şöh­rət ta­pıb, döv­lət təd­bir­lə­ri və el şən­lik­lə­rin­də da­im ya­xın­dan iş­ti­rak edib.
A­zər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı Ni­za­mi adı­na Ədə­biy­yat İns­ti­tu­tu­nun di­rek­tor müa­vi­ni, pro­fes­sor Mə­hər­rəm Qa­sım­lı, pro­fes­sor Sey­fəd­din Qə­ni­yev, İq­ti­sad Uni­ver­si­te­ti­nin pro­fes­so­ru Ba­ba­xan Ni­ya­zi, Aşıq Ələs­gər mu­ze­yi­nin di­rek­to­ru Hü­seyn Hə­sə­nov və baş­qa­la­rı sə­nət­ka­rın mə­na­lı ömür yo­lu, zən­gin ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rın­dan söz aç­dı­lar.
Bil­dir­di­lər ki, aşıq Məm­mə­da­ğa özü­nün sa­vad, bi­lik sə­viy­yə­si ilə di­gər aşıq­lar­dan fərq­lə­nib. O, in­di­ki Azər­bay­can Döv­lət Mə­də­niy­yət və İn­cə­sə­nət Uni­ver­si­te­ti­ni bi­ti­rib. Aşıq ha­va­la­rı ilə ya­na­şı, mu­ğam­la­rı da çox mə­ha­rət­lə ifa edib. Onun ra­dio­nun qı­zıl fon­dun­da ya­zıl­mış xey­li lent ya­zı­sı var. Aşıq uzun il­lər Şa­ma­xı­da “İn­cə tel­lər” aşıq­lar an­samb­lı­na rəh­bər­lik edib.
Gör­kəm­li sə­nət­kar ya­ra­dı­cı­lı­ğı­nın çi­çək­lən­di­yi bir vaxt­da - 1977-ci il­də, 44 ya­şın­da dün­ya­sı­nı də­yi­şib. Bu gün Şa­ma­xı­da mər­kə­zi kü­çə­lər­dən bi­ri onun adı­nı da­şı­yır.
Yu­bi­ley təd­bi­rin­də xa­nən­də­lər­dən Ab­gül Mir­zə­li­yev, Elb­rus Nif­tə­li­yev, Ağa­pa­şa Xə­li­lov, aşıq­lar­dan Ağa­mu­rad Şir­van­lı, Aşıq Yan­var, Əhliman Şirvanlı, Al­tay Məm­məd­li, Təb­riz aşıq­la­rın­dan Əs­gər Mə­hər­rə­mi və Əb­dü­lə­li İs­gən­də­ri, gənc aşıq Fa­riz Qo­bus­tan­lı, El­man Ta­lıs­tan­lı, Əli Şir­van­lı, aşıq Ra­min Qa­ra­yev, “Bu­ta” saz­çı qru­pu, akt­yor­lar­dan El­nar Qa­ra­yev, Şəh­la Əli­qı­zı və baş­qa­la­rı ma­raq­lı çı­xış və ifa­la­rı ilə təd­bir iş­ti­rak­çı­la­rı­nın zöv­qü­nü ox­şa­dı­lar.
Təd­bi­rin so­nun­da aşıq Məm­mə­da­ğa Ba­ba­ye­vin ba­cı­sı Sə­ma­yə Ba­ba­ye­va çı­xış edə­rək mə­də­niy­yə­ti­mi­zin in­ki­şa­fı­na və mə­də­niy­yət xa­dim­lə­ri­nə gös­tə­ri­lən diq­qət və qay­ğı­ya öl­kə rəh­bər­li­yi­nə min­nət­dar­lı­ğı­nı bil­dir­di, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə, Aşıq­lar Bir­li­yi­nə və təd­bi­rin təş­ki­lin­də əmə­yi ke­çən hər kə­sə tə­şək­kür et­di.

S.Fə­rə­cov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar