Fransada böyük maraqla qarşılanıb
Azərbaycanın Şirvan bölgəsinin aşıqları ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Sen Floran şəhərində “Şərq” beynəlxalq mahnı festivalı çərçivəsində geniş konsert proqramı təqdim ediblər. Fransız musiqisevərləri aşıq musiqisinə böyük maraq göstərib, aşıq Əlinin ifasını alqışlarla qarşılayıblar. Aşığı Şirzad Fətəliyev (balaban), Şəmsi Fətəliyev (nağara) və Şöhrət Alıyev (qoşanağara) müşayiət edib.
Konsertdə şəhərin meri və Fransanın keçmiş xarici işlər naziri Herve de Şaret və xanımı, şəhər ictimaiyyətinin nümayəndələri, yerli jurnalistlər və çoxlu sayda digər qonaqlar iştirak ediblər. Tamaşaçılar ifaçıların çıxışını yüksək qiymətləndirib, onların yaxın vaxtlarda yeni bir konsert proqramı ilə Fransaya səfər etmələrini arzulayıblar.
Yerli JET FM radiosunun təşkil etdiyi canlı yayımda Azərbaycan mədəniyyətinin zənginliyindən danışılıb, fransızların xalqımıza məxsus muğamı yaxşı tanıdıqları və sevdikləri diqqətə çatdırılıb, bu ölkədə bir o qədər də tanınmayan aşıq sənəti və musiqisi barədə məlumat verilib, aşıq mahnıları səslənib, “Sarı gəlin“ xalq mahnısı ifa olunub.
Sonda festivalın təşkilatçısı Alan Veber aşıq musiqisindən ibarət maraqlı konsert proqramının təşkilinə dəstək verən Azərbaycanın Fransadakı səfirliyinə öz təşəkkürünü bildirib.