“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planına əsasən, Astara rayonunun ərazisindəki tarixi mədəniyyət abidələrində əsaslı təmir və bərpa işləri aparılacaq.
   Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsi tərəfindən rayonun Səncərədi, Təngərüd və Balaca Şahağac kəndlərində XIX əsrin mədəniyyət abidələrinə baxış keçirilmiş, tarixi abidələrin əsaslı təmiri və bərpası ilə bağlı müvafiq sənədləşmə işləri aparılmışdır.
   Qeyd edək ki, gözəl memarlıq üslubunda ağac materiallarından inşa edilmiş ikimərtəbəli ləmlər Astaraya gələn turistlərin diqqətini daha çox cəlb edən mədəniyyət abidələrindəndir.