Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Şamaxı Astrofizika rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və təmir-tikinti işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb.