Respublikanın ikinci böyük sənaye şəhəri olan Gəncə son zamanlar dövlətin qayğısı nəticəsində çox dəyişib, yeniləşib. Şəhərə gələn qonaqlar özünəxas mədəniyyəti və tarixi olan Gəncədə çox böyük yeniliklərin şahidi olur. Şəhər Gəncə ilk növbədə yaşıllıqları, park və xiyabanları, yaraşıqlı qazonları, dekorativ və milli ağacları olan şəhər kimi də hamının diqqətini cəlb edir. Qeyd edək ki, şəhərdə aparılan abadlıq işləri indi də davam edir. Yaxın zamanlarda Heydər Əliyev parkı da əsaslı şəkildə yenidən qurulacaq ki, bu da qədim şəhərin parklar salnaməsini daha da zənginləşdirəcək. Pakrın yenidən qurulması üçün artıq bir neçə layihə hazırlanıb, müzakirələr davam edir. Qəbul edilən layihənin icrasına isə gələn ilin əvvəlindən başlanılacaq. Onu da bildirək ki, istirahət guşəsi ən muasir standartlara cavab verəcək şəkildə qurulacaq. Parkın ərazisinə yeni dekorativ ağac və gül kolları əkiləcək, müasir işıqlandırma sistemindən istifadə ediləcək. Bir sözlə, gələcəkdə Heydər Əliyev parkı şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan birinə çevriləcək.  

  Günay Asifqızı,
  Gəncə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar