Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, muxtar respubikanın ayrı ayrı kənd, qəsəbə, rayon və şəhərlərində xalq yaradıcılığının müxtəlif növləri ilə məşğul olanlar nazirliyinin əməkdaşaları tərəfindən qeydiyyata alınır. Məqsəd bölgədə xalq yaradıcılığı ilə məşğul olanlara köməklik göstərmək, onların problemləri ilə maraqlanmaqdan ibarətdir.
   Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 7 fevral 2009-cu il tarixli "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlərin bir qolunu da xalq yaradıcılığı ilə məşğul olanlara dövlət dəstəyinin həyata keçirilməsi təşkil edir. Bu məqsədlə də müxtəlif sənət növlərinin inkişaf etdirilməsi üçün bu sahəni yaşadan şəxslərin rəsmi qeydiyyatı aparılır.
   Verilən məlumatda o da bildirilir ki, hazırlanan katoloqlarda xalq yaradıcılığı ilə məşğul olanların adı, soyadı, doğulduğu və yaşadığı ünvanlar, məşğul olduğu sənət növü və digər məlumatlar yer alacaq.
   Məsələ ilə bağlı müraciət etdiyimiz Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Məhəmməd Həsənov onu da əlavə etdi ki, hazırda muxtar respublikanın ayrı-ayrı bölgələrində xalq yaradıcılığının ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, xalçaçılıq, boyaçılıq, papaqçılıq, bədii tikmə və toxuma, dəmirçilik, dəmir üzərində döymə və digər sənət növləri ilə məşğul olan sənətkarlarımız var.
   Katoloqların hazırlanması işinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə həmin şəxslərin əl işlərindən ibarət sərgilərin təşkil olunması da planlaşdırılır.
   
   Elxan YURDOĞLU
   Naxçıvan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar