İyunun 17-19-da Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçiriləcək. Bununla bağlı Ukrayna mədəniyyət nazirinin birinci müavini Timofiy Koxanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə gələcək. İyunun 17-də Azərbaycan Dövlət Filarmoniyasında Ukrayna Mədəniyyət Günlərinin təntənəli açılışı keçiriləcək. Mərasimdə P.Virski adına rəqs ansamblı çıxış edəcək. İyunun 18-də Mədəniyyət və Turizm Nazirliyində Ukrayna nümayəndə heyəti ilə görüş keçiriləcək. Həmin gün nümayəndə heyəti Hacıqabul rayonuna gedəcək, burada Ukrayna incəsənət ustalarının konsert proqramı təqdim olunacaq. Mədəniyyət günləri çərçivəsində “Ukrayna bu gün” adlı fotosərgi də açılacaq.