Naxçıvan şəhərində özülü 2007-ci ilin sentyabrında qoyulmuş şahmat məktəbinin yeni binası istifadəyə verilmişdir. Məktəbin ümumi sahəsi 1,2 hektar, binanın sahəsi 4234 kvadratmetrdir. Müasir tələblərə cavab verən mərkəzdə 192 və 54 tamaşaçı yeri olan iki beynəlxalq yarış salonu, 9 sinif otağı, kompyuter otağı vardır. Böyük yarış salonunda kompyuterlərin 12-si internetə qoşulmuşdur. Salonda quraşdırılan monitorlar vasitəsilə beynəlxalq yarışların videoyazısını izləmək olur.
   Mərkəzdə 600 şagird şahmatın sirlərinə yiyələnir. Onların təlimi ilə 15 müəllim məşğul olur. Şahmat məktəbi 1982-ci ildə yaradılmışdır. Naxçıvan şahmat məktəbinin yeni binası dərslərin daha mükəmməl formada təşkilinə imkan yaradacaqdır. Məktəbin şahmatçıları dəfələrlə respublika və beynəlxalq səviyyəli yarışlarda uğurlar qazanıb. 2002-ci ildə Bakıda və Batumidə keçirilən yarışlarda, 2003-cü ildə isə 20 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatında məktəbin iki şahmatçısı iştirak etmişdir. Avropa məktəblilərinin Kiprdə keçirilən şahmat festivalında məktəbin komandası baş mükafatın sahibi olmuşdur. Mərkəzin Culfa və Şərur rayonunda filialları yaradılmışdır.
   Şahmat məktəbinin ətrafı abadlaşdırılmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır.
  
   Hüseyn Əliyev,
   Naxçıvan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar