Yazılarımızın birində Hacıqabulun Rəncbər kəndi ərazisində aparılan arxeoloji tədqiqatlar haqqında məlumat vermişdik. Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları t.e.n. Şirzad Əhmədovun (Hacıqabul arxeoloji ekspedisiyasının rəhbəri) və t.e.n. Akif Quliyevin iştirakı ilə aparılan tədqiqatlar nəticəsində Qızılburun və Atbulaq kəndləri ərazisində qədim yaşayış yerlərində orta əsrlərə aid zəngin materiallar əldə olunub.
   Qızılburun kəndi yaxınlığında, Pirsaat çayı kənarında, Ləngəbiz dağlarının ətəklərində əhalinin kənd yeri adlandırdığı 3-4 hektarlıq ərazidə çoxlu sayda dulusçuluq və keramika məmulatlarının qalıqları ilə üzləşdik. Maddi-mədəniyyət nümunələri mütəxəssislərin rəyinə görə IX-XII və XIV-XVI əsrlərə aiddir.
   Atbulaq kəndi yaxınlığındakı qədim yaşayış məskəni 7-8 ha sahəni əhatə edir. Ərazidə I Şah Abbas dövründə inşa edilən karvansara və daş körpü mövcud olmuşdur.
   Böyük İpək Yolununun Hacıqabul - Atbulaq - Səngəçal-Bakı məntəqələrində olan karvansaralar mühüm əhəmiyyət kəsb edirdi.
   Karvansaralar dağıdılmışdır. Daş körpünü isə rus tankları uçurtmuşdu,onun qalıqları hazırda durur. Ərazidə saxsı qabların, güldanların, küplərin və s. dulusçuluq məmulatlarının qalıqları sayca çoxluğu ilə diqqəti cəlb edir.
   Axtarışlar digər ərazilərdə də davam etdiriləcək.
  
   Mübariz Xəlilov,
   Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar