Oktyabrın 12-dən 14-dək Lənkəran şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının əsərlərində islami dəyərlər” mövzusunda keçirilən sərgidə Salyan rayonunda tətbiqi sənətlə məşğul olan - M.Kərimov və F.Mehdiyeva da iştirak etmişlər. “Cəngi” xalq kollektivinin bədii rəhbəri, tanınmış musiqiçi, milli nəfəsli musiqi alətləri və oyma ustası Musa Kərimovun əllə düzəltdiyi 14 musiqi aləti - qara zurna, balaban, tütək sərgi iştirakçıların marağına səbəb olmuşdur.
   Əl ilə toxuma üzrə həvəskar Firəngiz Mehdiyevanın “Zəvvarlar”, “Müqəddəs Məryəm”, “Məşhəd”, “Kərbəla” əsərləri 100-dən çox sərgi nümunələri arasında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Fəxri Fərmanına layiq görülmüşdür.Bu əl işləri Bakı Dövlət Rəsm Qalereyasında nümayiş etdirilmək üçün götürülmüşdür.
   Lətif ZƏRBƏLİYEV,
   Salyan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar