Noyabrın 17-də Lənkəran Dövlət Dram Teatrının 21 nəfərlik kollektivi Naxçıvan Muxtar Respublikasına ikigünlük səfər edib. Lənkəranlılar noyabrın 18-də naxçıvanlı tamaşaçıların önünə çıxıb.
   Teatrın baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Rzayevin rəhbərlik etdiyi kollektiv Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Q.Fiqeyredonun “Ezop” əsərini yerli sənətsevərlərə təqdim edib.
   Tamaşanın quruluşçu rejissoru İlham Cəfəroğlu, quruluşçu rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.
   Lənkəranlı aktyorların tamaşa boyu uğurlu çıxışı Naxçıvan teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar