Şəmkir rayonunda arxeoloji qazıntıların maddi bazası xeyli genişləndirilib. Rayon ərazisində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarixilik baxımından çox zəngin olan yurd yerləri və qədim abidələrlə bağlı tədqiqatlar aparıb və bu zaman çoxlu tarixi-arxeoloji abidələr, köhnə yaşayış məskənləri və yüzlərlə maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bu tapıntılar nəticəsində tarixi keçmişimiz haqqında, xüsusilə Şəmkirin qədim tarixi barədə indiyədək elmə məlum olmayan çoxlu yeni faktlar üzə çıxıb. Aşağı İrmaşlı kənd qəbiristanlığında VII-VIII əsrlərə aid yazılı daş kitabələrlə yanaşı, tarixi çox qədimlərə gedib çıxan iki ədəd qoç və səkkiz ədəd at heykəlləri tapılaraq qeydiyyata alınıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Şəmkirin köhnə yaşayış məskənlərindən hesab olunan Qaracəmirli kəndində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəlki əsrlərə təsadüf edən şəhər yeri müəyyən ediblər. Burada Qafqazın ən qədim tikilisi, təxminən 2500 il bundan öncə inşa olunmuş saray tipli inzibati bina aşkarlanıb. Binada səkkiz otaq və bir neçə sütun müəyyən edilib. Binanın bünövrəsi çınqıl daşdan, divarları isə o dövr üçün səciyyəvi olan çiy kərpicdən tikilib. Qeyd edək ki, Qaracəmirli kəndində Almaniya hökumətinin maliyyə dəstəyi ilə azərbaycanlı arxeoloqlarla yanaşı, almaniyalı və gürcüstanlı alimlər də xeyli tədqiqat işləri aparıblar. Almaniya, Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, habelə Rusiyadan olan arxeoloq-mütəxəssislər, alimlər dəfələrlə Şəmkirdə olmuş, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birgə qazıntı işlərini izləyiblər. Tədqiqatçı-mütəxəssislər burada tariximizin öyrənilməsi baxımından çox dəyərli yeni arxeoloji materiallar aşkar etmişlər. Axtarışlar zamanı Şəmkirçayın sağ sahilində qədim «Qala yeri"ndən aşkar olunan təndir, küpə qalıqları, kanalizasiya xətti, ovdan, eləcə də müxtəlif əşyalar IX-X əsrlərdə Azərbaycanda yüksək səviyyəli şəhər mədəniyyətinin və sənətkarlığın formalaşdığını sübut edir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar