Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublika üzrə təşkil edilən “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda növbəti seminar keçiriləcək. Seminarlar mədəniyyət və turizm naziri Ə.Qarayevin sərəncamı əsasında keçirilir və il ərzində hər ay müxtəlif bölgələri əhatə edəcək. İlk seminar mütəxəssis və alimlərin iştirakı ilə Gəncə şəhərində təşkil edilib. Fevralın 25-26-da isə Lənkəran şəhərində növbəti seminar keçiriləcək. Seminarda nazirliyin mütəxəssisləri ilə yanaşı, Azərbaycan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun təmsilçiləri iştirak edəcək. Yalnız yerli mədəniyyət müəssisələrinin rəhbərləri üçün təşkil edilən seminarda həmçinin fərqli fikirlərin öyrənilməsi məqsədilə rəsmi qurumların təmsilçisi olmayan mədəniyyət mütəxəssisləri də içtirak edəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar