XX əsrin tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar AMEA-nın Naxçıvan bölməsində “XX əsrin faciəsi: Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib. Tədbir iştirakçıları ilk öncə soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
   Sonra konfransı AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə açaraq ermənilərin 1992-ci ilin 25-dən 26-na keçən gecə 7 minlik əhalisi olan Xocalı şəhərinə hücum edib günahsız dinc əhaliyə qarşı törətdikləri cinayətlərdən danışıb.
   Akademik “Böyük Ermənistan” xülyasına düşmüş ermənilərin zaman-zaman azərbaycanlılara qarşı məqsədyönlü soyqırım törətmələrindən və 18 il bundan öncə insan sifətindən çıxmış ermənilərin növbəti çirkin siyasətlərini Xocalıda həyata keçirmələrindən bəhs edib.
   Tədbirdə Xocalı faciəsində erməni millətindən olan şahidlərin faciənin vəhşiliyinin miqyasını göstərən yazılarından sitatlar gətirilib.
   Elmi konfransda AMEA-nın Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, t.e.d., prof. Hacı Fəxrəddin Səfərlinin “Faciəyə gedən yol”, həmin institutun direktor müavini, müxbir üzvü Hacı Qadir Qədirzadənin “Xocalı soyqırımı barədə dəhşət doğuran ehtiraflar”, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Xocalı faciəsi: tarixi, səbəbləri, dərsləri”, şöbə müdiri, t.e.n. Məmməd Məmmədovun “Dünyada misli-bərabəri olmayan vəhşilik”, t.e.n Asəf Orucovun “Xocalı qəhrəmanları”, elmi işçi Toğrul Xəlilovun “Xocalı faciəsi: azərbaycanlılara qarşı soyqırım” mövzusunda məruzələri dinlənilib.
   Sonda konfrans iştirakçıları videogörüntü vasitəsilə 18 il bundan öncə mənfur ermənilərin 366-cı rus alayının hərbi-texniki köməyi ilə birlikdə Xocalıda törətdikləri dəhşətli faciənin unudulmaz bir çox kadrlarını izləyiblər.
   
   Türkanə,
   AMEA-nın Naxçıvan bölməsinin İnformasiya şöbəsinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar