Kürdəmir rayonunun Muradxan kəndi ərazisində torpaq işləri aparılarkən 2,5 metr dərinlikdə qiymətli dəfinə tapılıb. Kürdəmir Suvarma Sistemləri İdarəsinin ekskovatorçusu Əlimövsüm İslamov tərəfindən aşkar edilən tapıntı mis pullardan ibarət 5 kiloqram 470 qram çəkidə oksidləşmiş materialdır. Aprelin 1-də Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Təxminən 1000-1500 sayda mis sikkənin X-XIX əsrlərə aid olduğu ehtimal olunur. Tapıntının elmi əhəmiyyəti nəzərə alınaraq tədqiq olunmaq məqsədilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun alimlərindən ibarət Ağsu arxeoloji ekspedisiyasına təhvil verilib. Ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev tapıntının böyük elmi əhəmiyyət daşıdığını və Azərbaycan ərazisində tapılan nadır tarixi nümunələrdən biri olduğunu qeyd edib.  

Şəfa Nuriyeva, Kürdəmir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar