Son illər Oğuz rayonunda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, Oğuz şəhərində, Calut və Xalxal kəndlərinin ərazisində yeni turizm obyektlərinin tikintisinə başlanılıb. Həmin obyektlərə 15 milyon manata yaxın sərmayə qoyulması nəzərdə tutulur. “Qoşabulaq” adlanan ərazidə təməli 2007-ci ildə qoyulmuş və smeta dəyəri 2 milyon manat olan turizm obyektinin tikintisi də hazırda sürətlə davam etdirilir.
   Bundan əlavə, “Azərbaycan - 60” adlanan ərazidə smeta dəyəri 6 milyon manat olan forel balıqlarının bəslənilməsi mərkəzinin tikintisi üçün də hazırlıq işlərinə başlanılıb. Bu ərazidə də turizmlə bağlı bir sıra obyektlərin tikilməsi nəzərdə tutulur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar