Bu il “Əfsanələr paytaxtı”nda iki tarixi abidənin təmiri nəzərdə tutulur. Bu barədə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova məlumat verib. Onun sözlərinə görə, təmir olunacaq abidələrdən biri Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin daxili imkanları, digəri isə nazirliyin vəsaiti hesabına təmir ediləcək. Mina Məlikova mayın əvvəlindən Nizami məqbərəsində təmir işlərinə başlanılacağını bildirib: “Nizami məqbərəsi 2006-cı ildə əsaslı təmir olunub. Hazırda məqbərənin həyətində olan daş örtükdə bəzi çatlar əmələ gəlib ki, bu da abidənin tökmə torpaq üzərində tikilməsi ilə əlaqədardır. Təmir işlərində abidənin həyətində tamet örtükdə olan çatları da aradan qaldıracağıq”.
   Təmir olunacaq ikinci abidə, XVIII əsrdə tikilən Uğurlu bəy karvansarayıdır. Mina Məlikovanın sözlərinə görə, abidənin təmiri üçün artıq smeta sənədləri hazırdır və yaxın günlərdə bərpa işlərinə başlanacaq.
   Təmirdən sonra karvansaray böyük bir turizm mərkəzi kimi fəaliyyət göstərəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar