Qarabağ döyüşlərində Salyan torpağı 250-dək şəhid verib. Rayonun Sarvan kəndi Vətən uğrunda 11 şəhid verib, 2 nəfər isə müharibədə itkin düşüb. Şair-publisist Firdovsi Sarvanlı “Karvan Sarvandan keçir” adlı kitabında onların həyat və döyüş yolundan söz açır. Salyan Rayon Mərkəzi Kitabxanasında kitabın təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan şəhid Nail Qaraşovun atası, Sarvan Kənd Mədəniyyət Evinin direktoru Cahangir Qaraşov kitabın ərsəyə gəlməsindən ətraflı danışdı. Sonra tədbirdə çıxış edən şair Tofiq Kərim kitab barədə fikirlərini bildirdi. Yazıçı-jurnalist Qulam Sadiq şəhidlərin xatirəsinin əbədiləşdirilməsindən danışaraq bildirdi ki, bu nəşr gənclərin stolüstü kitabı olmalıdır.
   Kitabda şəhidlərin öz torpağına, elinə-obasına məhəbbətdən söz açılır. Bu da gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə bir töhfədir.Tədbirdə “Kür” ədəbi birliyinin sədri Hikmər Nikbin, şair Fərhad Rza kitabın bugünkü gənclər üçün əhəmiyyətindən söz açdılar. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

  Lətif Zərbəliyev,
   Salyan rayonu
   
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar