AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, professor Məhərrəm Cəfərlinin bu günlərdə işıq üzü görən yeni kitabı «Azərbaycan dastanlarının struktur poetikası” adlanır.
   Monoqrafiyada geniş şəkildə Azərbaycan dastan yaradıcılığı və onun inkişaf mərhələlərindən, obrazlar sistemindən, poetik strukturundan, arxaik dastan motivlərinin epik-mifoloji semantikasından, eləcə də bu günədək bu sahədə aparılmış tədqiqatlardan bəhs olunur.
   “Kitabi-Dədə Qorqud”, “Məhəmməd-Güləndam”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz” və digər məhəbbət dastanlarından imkan daxilində nümunələr gətirən folklorşünas alim kitabda Azərbaycan dastanlarının türk, türkmən, özbək və digər dillərdəki variantlarına müraciət edib və paralellər aparıb.
   Oxucuların ixtiyarına verilən kitab ilk növbədə ali məktəb tələbələri, magistirlər, aspirantlar və müəllimlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
   Yeni “Azərbaycan dastanlarının struktur poetikası” monoqrafiyası geniş oxucu kütlələrinin diqqətini cəlb edəcəyinə, dastansevərlərin dərin marağına səbəb olacağına şübhə etmirik.
   
   Türkanə Bəylərli,
   AMEA Naxçıvan Bölməsinin əməkdaşı