İyun ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və AMEA Naxçıvan Bölməsinin əməkdaşları ABŞ-ın Pensilvaniya Universitetinin alimləri ilə birgə Naxçıvan Muxtar Respublikasında arxeoloji tədqiqat işlərinə başlayacaq.
   
   Bu barədə ekspedisiyanın əlaqələndiricisi, tarix elmləri namizədi Səfər Aşurov məlumat verib. Onun sözlərinə görə, alimlər Naxçıvan MR Şərur rayonunun qədim yaşayış yeri olan Oğlanqalada e.ə. I minilliyin əvvəllərinə aid arxeoloji materialların tədqiqi ilə məşğul olacaqlar.
   Qeyd edək ki, Azərbaycan və ABŞ arxeoloqlarının birgə ekspedisiyası qədim yaşayış yeri olan Oğlanqalada 2008-ci ildən qazıntı işləri aparır. Ötən il tədqiqatlar zamanı burada qədim sarayın qalıqları, Azərbaycan ərazisində ilk dəfə olaraq mixi yazı nümunələri, əmək alətləri, saxsı məmulatlar aşkarlanıb. Qazıntılar zamanı aşkarlanan tapıntılar Oğlanqalanın qədim şəhər olduğunu söyləməyə əsas verir. Azərbaycan-ABŞ müştərək ekspedisiyası abidədə tədqiqat işlərini avqustun sonunadək davam etdirmək niyyətindədir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar