Ordubad şəhərindəki Qeysəriyyə (Zorxana) adı ilə məşhur olan tarixi - memarlıq abidəsinin bərpasına başlanılıb. Memarlıq üslubuna görə XVII əsrə aid edilən abidənin restavrasiyası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinin əməkdaşları tərəfindən aparılır. İdarədən bildiriblər ki, bərpa işlərinə uyğun olaraq binanın dam örtüyü yeni və parlaq metalla, şəbəkə formalı qapı və pəncərələri eyni üsulla hazırlanmış daha möhkəm pəncərələrlə əvəz olunacaq.
   Tarixi-memarlıq abidəsində 1990-cı ildən Ordubad Rayon Tarix- Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Bərpa işləri çərçivəsində muzey əməkdaşları üçün inzibati otaqlar, istilik və elektrik sistemləri yaradılacaq. Bundan başqa abidənin giriş qapısının ətrafında yenidən hörgü işlərinin aparılması, mövcud rütubətin qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.   

 Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar