Mədəniyyət və Turizm Nazirliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi. Gədəbəy rayon mərkəzindəki mədəniyyət evində gerçəkləşən tədbirdə nazirliyin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun müdiri Mənzərxanım Nurəliyeva, Gədəbəy RİH-in başçısı Kamran Rzazadə, millət vəkili Nazim Məmmədov, şairlər Nəriman Həsənzadə, İlyas Tapdıq, Ağacəfər Həsənli, Taleh Həmid, digər qonaqlar, rayon ictimaiyyəti iştirak edirdi.
   Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı K.Rzazadə rayonun sosial-iqtisadi və mədəni sahədəki inkişafından danışdı. Qeyd etdi ki, Gədəbəy rayonunda kənd təsərrüfatı ilə yanaşı, qızıl və mis zavodları da fəaliyyət göstərir. Bu isə rayonun sənaye sahəsinin inkişafının göstəricisidir. K.Rzazadə rayonun Şınıx bölgəsinin qazlaşdırılması üçün xüsusi proqram hazırlandığını, yeni iş yerlərinin açılmasına xüsusi diqqət verildiyini dedi.
   Milli Qurtuluş Gününün mahiyyətindən danışan icra başçısı 1993-cü ilin 15 iyununun Azərbaycanın müstəqillik tarixində yeni səhifə açdığını, böyük öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin sabitlik və inkişaf yoluna qədəm qoyduğunu vurğuladı.
   Tədbirin musiqili-əyləncəli hissəsində şairlər N.Həsənzadə, İ.Tapdıq, A.Həsənli və T.Həmid ümummilli lider Heydər Əliyevə, Vətənə və torpağa həsr etdikləri şeirlərini oxudular. F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının solistləri ( “Cəngi”, “Yallı” “Naz eləmə” rəqsləri ilə), gənc muğam ifaçıları Arzu Əliyeva və Babək Niftəliyev (tarda Ayaz İmranov, kamançada Elnur Mikayılovun müşayiəti ilə), Gədəbəyin gənc aşığı Pərviz Cəfərov, “Qaya” Dövlət Ansamblı, skripkaçı Səlim Abbasov, aktyor-vokalçı Ramil Qasımov (Heydər Əliyevə həsr olunmuş mahnı ilə) çıxış etdilər.  

   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar