Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Xan evi”ndə təmir-bərpa işləri aparılır. Şərq memarlıq üslubunda inşa edilən, ümumi sahəsi 382 kvadratmetr olan bu memarlıq incisinin ilkin görünüşü qorunub saxlanmaqla interyerində və fasad hissəsində restavrasiya işləri aparılıb, dəhlizlərin iç hissəsi mərmər üzlük daşlarla üzlənilib, çardaq hissə yağış sularından aşındığı üçün bərpa edilib, köhnə məhəccərlər yenisi ilə əvəz olunub. Bərpa işləri yaxın vaxtlarda başa çatdırılacaq. Məlumat üçün deyək ki, Naxçıvan ərazisində indiyə qədər 1162 tarixi abidə qeydə alınmışdır. Bunlardan 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələridir.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar