Naxçıvan Aşıqlar Birliyi ilk dəfə olaraq tamaşaçılar qarşısında konsert verib. Tədbirdə çıxış edən birliyin sədri İxtiyar Seyidov ötən ilin dekabr ayında yaradılan Aşıqlar Birliyinin qısa zaman ərzində muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak etdiyini bildirib. Birliyin 21 nəfər saz-söz ustadını öz ətrafında birləşdirdiyini deyən İ.Seyidov naxçıvanlı aşıqların Bakı şəhəri ilə yanaşı, Türkiyə Respublikasında keçirilən beynəlxalq tədbirlərdə muxtar respublikanı təmsil etdiyini qeyd edib.
   Sonra Naxçıvan Aşıqlar Birliyinin üzvlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun, Şirin Şirinzadənin, Seda Abdullayevanın, Könül Taroyevanın, Zeynəb Yusifovanın, Nizam Əmanovun, Elmar Bağırovun, Həsən Səfərovun ifasında aşıq havaları səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar