Yaxın vaxtlarda Füzuli rayonunun Horadiz qəsəbəsində Muğam Mərkəzi istifadəyə veriləcək. Bu barədə Füzuli rayon İcra Hakimiyyətinin ərazi orqanları ilə iş şöbəsinin müdiri Məcnun Namazəliyev məlumat verib. Mərkəzin 3 mərtəbəli binası açıq və qapalı konsert zallarından ibarətdir. Burada həmçinin muğamı tədris edən musiqi məktəbi də fəaliyyət göstərəcək.
M. Namazəliyev onu da bildirib ki, Muğam Mərkəzinin tikintisinə bu ilin aprel ayında başlanıb. Mərkəzin oktyabr ayında istifadəyə verilməsi gözlənilir.