Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Balakən rayonunun Kortala kəndindəki “Xəncər itən Qobu” adlanan ərazidə arxeoloji kəşfiyyat işləri aparıb.
İnstitutdan bildiriblər ki, aparılmış qazıntılar nəticəsində ərazidə eramızdan əvvəl VII-IV yüzilliklərə aid bir neçə nekropol üzə çıxarılıb.
Rayonun Qazma kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan materiallar islamaqədərki dövrü əhatə edir. Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan qazıntılar nəticəsində 30-dan çox islamaqədərki insan məzarları, bundan əlavə, çox qədim yaşayış yerinin divar qalıqları aşkar edilib.