Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Salyan şəhərindəki Cümə məscidində bərpa işləri aparılır. Tarixi memarlıq abidəsi sayılan məscid 1865-ci ildə Hacı Mehdinin oğlu Ağahüseynin adna usta Kərbəlayi Əli Əkbər tərəfindən inşa edilib. 15 günbəzi, 12 sütunu olan məscid qrunt sularının və digər xarici təsirlərin nəticəsində bərbad hala düşmüşdü. Az müddətdə tikilinin 12 günbəzi və 6 tağ sütunu yenidən inşa edilərək tam bərpa olunub. Tezliklə hündürlüyü 18 metrə çatacaq minarənin inşası da yekunlaşacaq. Rayon sakinləri Cümə məscidinin bərpasını ölkə rəhbərliyinin dini dəyərlərimizin qorunması və yaşanmasına verdiyi yüksək diqqət və qayğının nümunəsi kimi dəyərləndirirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar