Azərbaycanda ilk dəfə son orta əsr şəhərinin öyrənilməsi məqsədi ilə bu ilin martından Ağsu rayonunun ərazisində başlanan genişmiqyaslı arxeoloji tədqiqat işlərinin birinci mərhələsi başa çatıb. Ağsu arxeoloji ekspedisiyasından bildiriblər ki, ərazidə tədqiqat işlərinin növbəti mərhələsi 2011-ci ildə başlanacaq.
   Məlum olduğu kimi, bu yerlər 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri kimi tanınıb. 1735-ci ilin mayında Nadir şahın göstərişi ilə şəhərin ətrafına möhtəşəm qala divarları çəkilib. Dövrünün ən böyük yaşayış məntəqələrindən olan köhnə Ağsunun ərazisi 40 hektardan ibarət olub. Burada Ülgüc, Ağarx, Aratlı Curuqlu və Ərəbuşağı kəndlərinin əhatəsində yerləşən, XVIII əsri və XIX yüzilliyin əvvəllərini əhatə edən dörd qəbiristanlığın qalıqları mövcuddur.
   Arxeoloji ekspedisiya bu abidələri, onların üzərindəki epiqrafik yazıları da öyrənir. İndiyədək burada 169 qəbir işlənilərək siyahıya alınıb. Mütəxəssislər şəhərin salındığı illərdə burada dəfn edilən ilk şəxsin məzarını da aşkara çıxarıblar. Bu qəbir 1737-ci ilə aiddir.
   Arxeoloji ekspedisiyanın ilkin mərhələsində bütövlükdə üç min kvadratmetr sahəni araşdırmaq mümkün olub. Burada həmçinin XVIII əsrə aid çoxsaylı bina qalıqları, küçə və meydanlar aşkar edilib. Tapıntıların içərisində o dövrdə İngiltərədən gətirilmiş qiymətli məişət əşyaları və bəzək nümunələri də var. Bütün bunlar yerli sakinlərin dünyanın bir çox şəhərləri ilə ticari və mədəni əlaqələrinin olduğunu göstərir.
   Son orta əsr şəhərinin virtual görüntüsünü də hazırlamağı planlaşdıran mütəxəssislər belə hesab edirlər ki, ərazidə arxeoloji qazıntılar zamanı aşkar olunan nadir abidələr Ağsu şəhərində turizmin inkişafına təkan verəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar