Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə respublikamızın bütün bölgələrində ənənəvi “Kitab bayramı” keçirilir. 
   
   Kürdəmir rayonunda da “kitab bayram”ları iştirakçıların fəallığı və ruh yüksəkliyi ilə diqqəti cəlb edir. Ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş bu tədbirlər rayonun bir sıra kənd və qəsəbələrində düzənlənəcək. Bu səpkili ilk tədbir aprelin 29-da rayon mərkəzindən 40 km məsafədə yerləşən Carlı kəndində keçirildi. Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə iştirakçılar yeni çap olunmuş ədəbiyyatların sərgisi ilə tanış oldu, ulu öndərə həsr edilmiş kitabların sərgisinə tamaşa etdi.
   Tədbiri giriş sözü ilə mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev açaraq “Kitab bayramı”nın əhəmiyyətindən danışdı. Məktəblilər böyük lider Heydər Əliyevə, Vətənə, kitaba həsr olunmuş şeirlər söylədilər. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli, ziyalılardan G.Eyvazov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev irsinin tarixi əhəmiyyətindən bəhs etdilər. Prezident İlham Əliyevin son illərdə mədəniyyətimizə və incəsənətimizə böyük qayğı və diqqət göstərdiyi vurğulandı.
   May ayının 10-dək rayonun Şilyan, Yenikənd, Dayıkazımlı kəndlərində və Qarabucaq qəsəbəsində də kitab bayramları keçiriləcək. Tədbirlərə rayon mərkəzində keçiriləcək “Kitab bayramı” ilə yekun vurulacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar