Salyan rayonunda fəaliyyət göstərən 15 kənd mədəniyyət evinin, 23 kənd klubunun və 5 şəhər klubunun qatıldığı III Ümumrayon baxış müsabiqəsinin ilk turu Sarvan kənd mədəniyyət evində keçirildi. 
   
   15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş müsabiqənin ilk mərhələsində 8 mədəniyyət müəssisəsində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri çıxış etdi. 116 həvəskar ifaçının qatıldığı müsabiqənin açılışında münsiflər heyəti üzvlərindən Sarvan kənd Mədəniyyət evinin müdiri Cahangir Qaraşov, rayon Mədəniyyət evinin müdiri Əlizadə Əliyev çıxış edərək iştirakçılara uğurlar dilədilər. İştirakçılar dövlətçilik, vətənpərvərlik mövzularında mahnı və şeirlərlə çıxış etdilər, rəsm əsərləri, kiçik səhnəciklər təqdim olundu.
   116 nəfər həvəskardan 32 nəfəri II tura vəsiqə qazandı.
   Ümumilikdə baxış müsabiqəsində 984 nəfər həvəskarın iştirak edəcəyi gözlənilir. Məqsəd rayonun kəndlərində mahnıya, şeirə, rəsmə, aktyorluq sənətinə həvəsi olan insanları üzə çıxarıb ictimaiyyətə tanıtmaq, onların istedadını geniş kütləyə nümayiş etdirməkdir. Növbəti mərhələ Çuxanlı kənd Mədəniyyət evində olacaq, burada da 132 nəfər istedadlılar münsiflər heyəti qarşısında öz istedadını göstərəcək.
   Tədbirə 15 iyun Milli Qurtuluş Günü qaliblərin geniş konsert proqramı ilə yekun vurulacaq.
   
   Lətif Zərbəliyev,
   Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar