Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində qədim abidə aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, kənd sakinləri qoyun otararkən maraqlı bir daşa rast gəliblər. Onlar bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasına xəbər veriblər. Aparılan araşdırmalar nəticəsində sakinlərin tapdığı daşın 4-9-cu əsrlərə aid sarkofaq olduğu müəyyənləşdirilib. Sarkofaqda dəfn edilmiş 2 insanın sümükləri var. Sarkofaqın altında eramızdan əvvəl I minilliyin ortalarına aid mədəni təbəqə üzə çıxıb. Ekspedisiya üzvləri həmin ərazidə qədim yaşayış məskəninin olduğu qənaətindədirlər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar