Azərbaycanın cənub bölgəsinin brendi hazırlanır. Bu barədə qəzetimizə məlumat verən Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayevin sözlərinə görə, Almaniyanın Beynəlxalq İnkişaf Assosiasiyası ilə birlikdə Azərbaycan Turizm İnstitutu mart ayında «Cənub regionu ilə bağlı gələn turistlərdə yaranan ilk assosiasiya nədir?» mövzusunda tədqiqat aparıb. Tədqiqat işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2011-ci ildə Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan edilməsi ilə əlaqədar həyata keçirilib. Müəyyənləşdirilmiş ilk assosiasiyaya uyğun olaraq dizayn şirkətlərindən biri tərəfindən cənub bölgəsinin ümumi brendi hazırlanıb. Brendin ilkin formasının müzakirəsində bu bölgədə fəaliyyət göstərən 60-dan artıq müxtəlif şirkətlərin və hotellərin nümayəndələri iştirak edib. Bölgənin turizm potensialını, inkişaf etmiş mebel sənayesini, qida və kənd təsərrüfatını əks etdirən brenddən bütün şirkətlər istifadə edə biləcəklər. Eyni zamanda Azərbaycanın digər bölgələrində və xarici ölkələrdə də bu brend ekoloji təmiz məhsulları olan və kənd-yaşıl turizmin inkişaf etdiyi bölgənin təqdimat forması olacaq.
   Qeyd edək ki, brendin hazırlanması, eyni zamanda «Turizm-rekreasiya zonaları haqqında» Azərbaycan Prezidentinin təsdiq etdiyi əsasnamənin bölgələrin, turizm zonalarının marketinq planlarının hazırlanması və brendlənməsi barədə tələblərindən biridir.   

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar