Şəkinin tarixi-mədəni abidələrindən olan Aşağı Karvansarada təmir-bərpa işləri gedir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən qurulan bu tarixi məkan XIX əsrdə ipəkçiliyin inkişafı üçün tikilib. Görülən işlər nəticəsində 32 tağ bərpa edilib.
   Bərpa prosesində yerli materiallar və eləcə də abidənin öz kərpiclərindən istifadə olunub. Mütəxəssislərin sözlərinə görə, yeni istehsal olunan kərpiclər 20 dərəcə şaxtada çatlasa da, qədimdən qalan bu kərpiclər 40 dərəcə şaxtaya tab gətirir.
   Aşağı Karvansara həm ticarət, həm də yaşayış yeri olub. Bərpadan sonra da bu tarixi məkan həmin funksiyanı itirməyəcək. Növbəti mərhələdə tarixi abidə mehmanxanaya uyğunlaşdırılacaq. Çöl hissəsində ticarət obyektləri tikiləcək. Bununla da Aşağı Karvansara turistləri daha çox cəlb edən məkana çevriləcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar