Goranboy rayonunun Qarqucaq kəndində arxeoloji qazıntılar davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, ekspedisiya ərazidə 3 küp qəbir və 3 kurqan, 6 daş qutu qəbir aşkara çıxarıb.
   Ehtimala görə, küp qəbirlər antik dövrə aiddir. Küp qəbirlərdə cəsəd bükülü vəziyyətdə dəfn edilib və ətrafına saxsı qablar qoyulub. Küp qəbirin oturacağa yaxın gövdə hissəsində diametri 8 sm olan deşik açılıb. Kurqanın diametri 18 metr, hündürlüyü 1,5 metrdir. Kurqanaltı kameradan 2 daş qutu qəbir, 1 torpaq qəbir, 1 antik dövrə aid sallama qəbir aşkar edilib. Kurqanın altı daş qutu qəbirlərindən biri daha zəngindir. Burada sol yanı üstə yarım bükülü skeletin ətrafından 3 saxsı qab, 2 dəmir xəncər, 1 dəmir bıçaq, 2 əqiqdən qaşı olan tunc üzük, 2 tunc biz, 1 bülöv daşı və s. aşkar edilib. 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar