Neftçala tarix-diyarşünaslıq muzeyinin əməkdaşları rayon ərazisində orta əsrlərə aid yaşayış məskəni aşkar ediblər. Muzeydən bildiriblər ki, tapıntı Ələt-Astara yolunun sol tərəfində, Şirvan Milli Parkının ərazisində, Dirovdağın cənub-şərqindədir. Dağın ətəklərində bişmiş kərpicdən hörülmüş 2,5x1,5 metr ölçülü tikili qalıqları aşkar edilib. Tikilinin içərisində xeyli sayda saxsı qablara məxsus fraqmentlər tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Anar Ağalarzadənin fikrincə, aşkar olunmuş yer dulusçuluq qablarının saxlanması üçün otaq olub.
   Toplanmış arxeoloji materiallar şirli və şirsiz saxsı məmulatından, metal mismarlardan və misdən hazırlanmış bəzək əşyalarından, şüşədən hazırlanmış məişət və ətriyyat qablarından, dulusçuluqda naxış vurulması üçün istifadə olunan sümükdən, dən və su daşlarından ibarətdir. Ən maraqlı tapıntılar üzərində ərəbcə yazı olan 4 ədəd mis sikkə və daş kitabənin qalıqlarıdır. Toplanmış materiallar müqayisəli təhlillər əsasında XIII-XVII əsrlərə aid edilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar