Qusar rayonu respublikamızın ən çox qonaq - turisti qəbul edən bölgələrindəndir. Təmiz havası, füsunkar meşələri, digər təbii mənzərələri turistləri daha çox cəlb edir.
   Gündüzlər rayonun gəzməli-görməli yerlərinə gedən, yaxşı istirahət edən qonaqlar axşam saatlarında Qusar şəhərinin mərkəzindəki - general Mahmud Əbilov adına meydanda yığışırlar. Burada kənd mədəniyyət evləri və klublarının özfəaliyyət kollektivlərinin ifasında bir-birindən maraqlı, baxımlı konsert proqramları təşkil edilir. Qonaqlar gənc və həvəskar musiqiçilərin ifasında Azərbaycan və ləzgi xalq musiqilərini, yerli və xarici estradalardan seçmə nömrələri böyük maraqla və alqışlarla qarşılayırlar.
   Hil-oba kənd klubu üzvlərinin nümayiş etdirdiyi musiqili əyləncəli folklor kompozisiyası, Kuxur-oba mədəniyyət evinin solistlərinin ifası, Köhnə Xudat kənd klubunun qızlardan ibarət rəqs kollektivinin, eləcədə Çiləgir kənd klubunun bədii özfəaliyyət kollektivinin üzvləri Sevil Qurbanova, Ulduz Davidova, Güləşər Ağayeva, Zöhrə Sultanova və digərlərinin ifasında hind, ərəb, özbək, qaraçı rəqsləri tamaşaçılara xoş anlar bəxş edir.
   Şəhər meydanına toplaşan tamaşaçıların növbəti mənəvi-kütləvi tədbirin keçiriləcəyi günü səbirsizliklə gözləməsi mədəniyyət işçilərini yeni, daha maraqlı, rəngarəng konsert proqramlarını hazırlayıb nümayiş etdirməyə ruhlandırır.
   
   Cavid Tahirov,
   Qusar rayon Çiləgir kənd klubunun müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar