AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin başçılıq etdiyi ekspedisiya Şərur rayonu ərazisində yerləşən Ovçulartəpəsi yaşayış yerində Alt Paleolit dövrünə aid əmək alətləri aşkar edib.
   Azərbaycan-Fransa ekspedisiyası tədqiqatlara avqustun əvvəllərindən başlayıb. Tədqiqatlar zamanı Alt Paleolit dövrünə aid 3 əmək aləti aşkar olunub. Ekspedisiya rəhbəri deyib ki, indiyədək Ovçulartəpəsi yaşayış yerindəki araşdırmaların nəticəsi Son Eneolit dövrünü göstərsə də, builki araşdırmalar sübut edir ki, insanlar bu ərazidə 500-300 min il bundan əvvəl məskunlaşıblar. Əmək alətləri Ovçular təpəsi yaşayış yerinin nəinki Azərbaycanda, hətta dünyada ən qədim yaşayış yerlərindən biri olduğunu sübut edir. Bu həm də Naxçıvanın tarixini qədimləşdirməyə imkan verir.
   Ekspedisiya üzvlərinin bir qrupu Duzdağ ərazisində də kəşfiyyat xarakterli qazıntı işləri aparır. Ekspedisiya sentyabrın sonunadək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar