Goranboy rayonunun Şadılı kəndi ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Kür-Araz mədəniyyətinə aid edilən çoxlu sayda abidələrlə yanaşı, 5 min ildən artıq yaşı olan kurqan-sərdabə və tək qadın qəbri aşkar edilib.
   Qazıntılar zamanı buradan kiçik həcmli saxsı qablar, sümükdən hazırlanan toxuculuq alətləri, tayfaya məxsus daş möhür, 100-dən çox insana aid sümük və kəllə sümükləri üzə çıxarılıb. Alimlərin mülahizələrinə görə, sərdabə tipli kurqan insanların uzun müddət istifadəsində olmuşdur. Onun dörd tərəfi və üstü arcan tipli ağacla örtülüb.
   Kurqan tipli sərdabədən 8 metr kənarda isə son tunc dövrünə aid edilən tək qadın qəbrindən tapılan maddi-mədəniyyət nümunələri isə ilk tunc dövründən təxminən 2000 il sonraya aid edilir. Hazırda ərazidə arxeoloji qazıntılar davam etdirilir. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar