Ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəni həyatımızda vüsət alan canlanma regionlarda da özünü qabarıq göstərir. Ağstafa rayonu bu günlərdə sözün həqiqi mənasında özünün ən gözəl günlərini yaşamaqdadır. Son illərdə rayonda aparılan quruculuq-abadlıq işləri bunu təsdiq etməkdədir.
   
   Heydər Əliyev Muzey-Mərkəzi rayonun mühüm ictimai-mədəni tədbirlərinin keçirildiyi əsas məkanlardan biridir. Muzey-Mərkəzində aidiyyəti təşkilatların dəstəyi və rayonun orta ümumtəhsil məktəblərinin iştirakı ilə “İntellektual oyunlar” bilik yarışı, yaradıcılıq müsabiqələri təşkil edilir, elmi-bədii dərnək, kompyuter və linqafon dinləmə kursları fəaliyyət göstərir.
   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında Prezident sərəncamının icrası ilə bağlı Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsində də tədbirlər planı hazırlanaraq həyata keçirilir. Tədbirlər çərçivəsində uşaq, yeniyetmə və gənclər arasında “İstedadlar axtarırıq” mahnı müsabiqəsi keçirilib, qaliblər diplom və mükafatlarla təltif olunub.
   Sentyabr ayının 20-də “Üzeyir musiqi günü” qeyd edilib. H.Arif adına Ağstafa şəhər 7 illik uşaq musiqi məktəbində təşkil olunan tədbirdə dahi bəstəkar Ü.Hacıbəylinin musiqi əsərləri səsləndirilib, operalarından fraqmentlər təqdim olunub.
   sentyabr ayının 21-də Ağstafa şəhər Mədəniyyət evində ustad Aşıq Ələsgərin 190 illiyinə həsr edilən tədbir də rayonun mədəni həyatında maraqlı hadisələrdən olub.
   Tədbirlər planında rayonun kənd və qəsəbələri də nəzərə alınıb. Ağstafa rayonunun Köçəsgər kəndində “Azərbaycan 20 il müstəqillik yollarında” adı altında bədii-özfəaliyyət kollektivləri və təbliğatçılar qrupunun iştirakı ilə keçirilən konsert-görüş buna misal ola bilər. Tədbirdə MKS-nin direktoru İ.Namazova və AYB-nin üzvü, şair Saqif Qaratorpaq çıxış edib, “Ləman” rəqs qrupunun ifaları, aşıqların çıxışları maraqla qarşılanıb. Dağkəsəmən, Poylu, Göycəli, Qıraq Kəsəmən kəndlərində də belə konsert-görüşlərin keçirilməsi tədbirlər planına daxildir. Ağstafa rayonu Dövlət Rəsm Qalereyası da bu silsilədən tədbirlərə öz töhfəsini verir. “Ağstafa müstəqillik illərində” adlı fotosərgi bu qəbildəndir. Oktyabrın 6-da isə burada rayonun gənc rəssamlarının əl işlərindən ibarət sərgi təşkil olunacaq. Oktyabr ayının 7-də Ağstafa MKS “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı ədəbi-bədii gecə təşkil edəcək. Tarix-diyarşünaslıq muzeyində isə oktyabrın 11-də maddi mədəniyyət nümunələrinin sərgisi təşkil olunacaq.
   F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə təşkil olunan “Uşaq kitabları - İpək yolu ilə” kitab karvanının tədbirlərindən biri oktyabrın 3-də Ağstafada gerçəkləşib.
   Oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə rayonda bayram konserti təşkil olunacaq.
   Beləliklə, bütün bunları nəzərə alaraq tam qətiyyətlə demək olar ki, Ağstafada mədəni həyat özünün inkişaf mərhələsindədir. Həm respublika miqyasında, həm də rayon səviyyəsində mədəniyyətə göstərilən qayğı mədəniyyət işçilərinə daha səmərəli fəaliyyət göstərmək üçün əlavə stimuldur.
   
   Laiq Qələndərov,
   Ağstafa şəhəri Heydər Əliyev Muzey-Mərkəzinin baş elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar