Zaqatala rayonu Çobankol kənd Mədəniyyət evinin kollektivi ilin əvvəlindən nəzərdə tutulmuş iş planına əsasən müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirir.
   Yeni il şənliyi, 2 fevral - Gənclər günü, 8 Mart - Beynəlxalq qadınlar günü, Novruz bayramı və digər tədbirlərimiz kənd əhalisi tərəfindən maraqla qarşılanmışdır. Avqust ayının 6-da Zaqatala şəhərindəki Heydər Əliyev parkında Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qiymətləndirilmiş, parkın rəhbərliyi tərəfindən “Fəxri fərman”a layiq görülmüşdür.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı biz də Mədəniyyət evində xüsusi tədbirlər planı hazırlamışıq. Rayonumuzun tarixi yerlərinin, təbiətin gözəl mənzərələrinin, Zaqatala şəhərində həyata keçirilən müasir infrastruktur layihələrinin əks olunduğu fotosərgi yaratdıq. Mədəniyyət evində fəaliyyət göstərən “Səyahətçilər klubu”nun üzvlərindən ibarət qrupla ilk turizm səfərini təşkil etdik. Sakinlərin maraq dairəsini nəzərə alaraq, kənd bələdiyyəsinin vəsaiti hesabına avqust ayının 11-də qədim Şəki şəhərinə ekskursiya təşkil etdik. 20 nəfərdən ibarət olan qrupa müəllimlər, şagirdlər, müxtəlif peşə sahibləri daxil idi. İştirakçılar Şəkinin tarixi yerləri, Xan sarayı, Tarix Diyarşünaslıq Muzeyi, Tətbiqi İncəsənət Muzeyi, M.F.Axundovun ev-muzeyi ilə tanış oldular, gözəl təbiət mənzərəlinə tamaşa etdilər. Oktyabrın 18-də, Azərbaycanın Müstəqillik günü münasibətilə daha bir ekskursiya təşkil edəcəyik.
   
   Şuay Xəlilov,
   Zaqatala rayonu Çobankol kənd Mədəniyyət evinin bədii rəhbəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar