Pilot layihə ilk olaraq Lənkəran və İsmayıllı rayonlarında icra olunacaq
   
   Azərbaycanda “Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” pilot layihəsinin icrasına başlanılıb. 
   Layihənin həyata keçirilməsində məqsəd qədim və zəngin Azərbaycanın qeyri-maddi mədəni irsinin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası və istifadəsinin təşkili, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulmasıdır. Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin (diyarşünaslıq, folklor və sənətkarlıq) dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqi zamanı qeyri-maddi mədəni irs sahəsi üzrə bu vaxta qədər mövcud olan qanunlar, müvafiq normativ-hüquqi sənədlər, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, bu mövzuda təşkil olunmuş milli və beynəlxalq konfrans, sərgi, seminar və s. tədbirlər, nəşr edilmiş kitablar və çəkilmiş filmlər və s. barədə toplanmış məlumatlar əsasında sahənin mövcud vəziyyəti təhlil edilib.
   Pilot layihədə qeyd olunur ki, Lənkəran şəhərində və İsmayıllı rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan ilk müasir mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Müvafiq klub müəssisələrinin bazasında yerləşəcək və müasir avadanlıqlarla təchiz ediləcək Mədəniyyət Mərkəzi yerli ziyalıları və mədəniyyət xadimlərini cəlb edərək müvafiq şəhər və rayon mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə dəstək olacaq. Lənkəran şəhər, İsmayıllı rayon mədəniyyət və turizm şöbələrinin şəbəkəsində olan klub müəssisələrinin şəhər (rayon) səviyyəsində mərkəzləşdirilməsi və Azərbaycan qeyri-maddi mədəni irsinin diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətlərinin yerlərdə ünvanlı inkişafı məqsədilə Lənkəran şəhər, İsmayıllı rayon mədəniyyət və turizm şöbələrinin şəbəkəsi daxilində olan klub müəssisələrinin profilləşdirilməsi əsas vəzifə kimi göstərilib.
   Beynəlxalq təcrübənin də əsas götürüldüyü layihədə mədəniyyət mərkəzlərinin əsas fəaliyyəti yerli biznes və ictimai qurumların iştirakı ilə yerlərdə qeyri-maddi mədəni irsin, xalq yaradıcılığının dəstəklənməsi, turizmin inkişafına şərait yaradılması ilə bağlı olmalıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar