Cəbrayıl rayonundan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Müstəqilliyimiz zirvədə” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev ulu öndər Heydər Əliyevin müstəqillik və dövlətçilik tariximizdəki rolundan, ümummilli liderin yolunu layiqincə davam etdirən prezident İlham Əliyevin apardığı siyasətin uğurlarından söz açdı. Tədbirdə digər çıxış edənlər də müstəqilliyimizin əbədi olacağına inam ifadə etdilər.
   Sonra tədbir Cəbrayıl rayon Böyük Mərcanlı Uşaq İncəsənət Məktəbinin hazırladığı konsert proqramı ilə davam etdirildi. Osman dayının qara zurnada ifa etdiyi “Tərəkəmə” xalq rəqsi, Mədəniyyət və Turizm Şöbəsinin işçiləri və Böyük Mərcanlı Uşaq İncəsənət Məktəbinin müəllimlərinin - sazda Cəlal Quliyevin, müğənnilər Sədaqət Ağayevin, Fatma Əhmədovanın, Məhəmməd Abdulayevin, Allahverdi Məmmədovun, Nargilə Əhmədovanın, Namiq Vəliyevin, Nuranə Əmirovanın, Oqtay Əliyevin ifa etdikləri şən mahnılar tədbir iştirakçılarında ruh yüksəkliyi yaratdı.
   
   V.Quliyev,
   Cəbrayıl rayon MKS-nin direktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar