Dağları qürurumuz, çayları qaynar qanımız, ormanları geniş ürəyimiz olan bir diyarda - Azərbaycan adlı məmləkətdə doğulmaq və yaşamaq necə də gözəldir! Azərbaycanımın bir parçası olan Balakən bölgəsinin əhalisi də müstəqilliyimizin 20 illiyini təntənə ilə qeyd edir. Bu gün, ölkəmizin hər yerində olduğu kimi, Balakən rayonunda da quruculuq, abadlıq işləri göz oxşayır. Bununla bağlı bir neçə müsahibimin ürək sözlərini təqdim etmək istərdim.
   Prezident təqaüdçüsü Səfiyyə Dibirova:
   - Mənim müxtəlif vəzifələrdə işlədiyim 25 il ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrünə təsadüf edib. Ümummilli liderimiz tərəfindən təməli qoyulan müstəqil dövlətçiliyimizin günbəgün möhkəmlənməsi məni də çox sevindirir. Ölkəmizdə, eləcə də rayonumuzda gedən abadlıq, quruculuq işləri elə müstəqilliyin hesabına əldə edilib. Heç şübhə yoxdur ki, müasir Azərbaycanda irəliyə doğru addımlar atılacaq, xalqımız öz müdrikliyi ilə dünyada həmişə tanınacaqdır.
   Əmək veteranı, rayon Ağsaqqallar Şurasının sədr müavini Fuad Səlimov:
   - Mən həyatın acılı günlərini yaşamış, müharibəni görmüş bir adamam. Bugünkü müstəqilliyimizi bizə dahi şəxsiyyət, xalqın xilaskarı Heydər Əliyev ərməğan etmişdir. Müstəqilliyimizin 20-ci ilini ruh yüksəkliyi ilə qeyd edirik. Bu illər ərzində rayonumuzun mədəni həyatında da böyük dəyişikliklər, yeni mədəniyyət müəssisələri (o cümlədən Qabaqçöl qəsəbəsində uşaq musiqi məktəbi), Heydər Əliyev Mərkəzi açılmışdır. 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayonumuza üç dəfə səfəri zamanı Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, mərkəzi kitabxananın, turizmin inkişafında mühüm rol oynayan “Kanat yolu” və “Qubek” hotelinin açılışı olub.
   Bütün bunlar isə müstəqilliyimizin bəhrəsidir. Bu müstəqilliyi qoruyub möhkəmləndirmək hər bir vətəndaşımızın borcudur.
   
   Zümrüd Həmzətqızı,
   Balakən radiosunun redaktoru






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar