Qafqaz xalqlarının mədəni əməkdaşlıq layihələri müzakirə olunacaq
   
   Noyabrın 14-15-də Naxçıvanda Qafqaz Universitetləri Birliyinin I Gənclik Qurultayı keçiriləcək. Qurultay çərçivəsində Türkiyənin Ərdahan Universiteti, Naxçıvan Dövlət Universiteti və Gürcüstanın Akalkalaki Universitetinin təşəbbüsü ilə “Qafqaza gənclərin baxşışı” mövzusunda simpozium da təşkil olunacaq.
   Tədbirdə Türkiyə Yüksək Təhsil Qurumunun sədri, professor Yusuf Ziya Özcanın, Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmazın məruzələri dinləniləcək.
   Qurultayda Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, habelə Naxçıvan və Krım Muxtar respublikalarından olan gənclər regionun perspektivləri, əməkdaşlıq, mədəniyyət sahəsində yeni layihələrin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar